Yuxarı

Rus aparıcı ukraynalı qonağı studiyadan qovdu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus aparıcı ukraynalı qonağı studiyadan qovdu - Video

"Ukrayna politoloqu" ilə əlaqəli daha bir qalmaqal Rossiya-1 telekanalında baş verib: "60 dəqiqə” proqramının aparıcısı Yevgeni Popov Ukrayna Avropa Hərəkatı ictimai birliyinin idarə heyətinin rəhbəri Vadim Tryuxanı cümə günü efirində studiyadan qovub.

Qaynarinfo.az xəbər verir ki, proqram iştirakçıları Donbasdakı vəziyyəti müzakirə edərkən kiyevli qonaq o və rusların heç vaxt bu mövzuda ortaq bir fikrə gəlməyəcəyini deyib və bunu belə əsaslandırıb: "Çünki Kiyev və Moskvanın milli maraqları üst-üstə düşmür”.

"Sizin arqumentləriniz bitdikdən sonra kobud olacaqsınız, özünüzü yerə çırpacaq, hədələyəcəksiniz, ancaq məsələn, Popovun da istədiyi kimi, lazımi qaydada hərəkət edəcəksiniz", - Tryuxan rəqiblərinə deyib.

Bundan sonra, verilişin aparıcısı ona qarşı irəli sürülən ittihamları əsaslandırmağı xahiş edib, ancaq Ukraynalı qonaq ondan sözünün kəsilməməsini istəyib.

"Siz mənə hücum etdiniz, düşünürsünüz ki, bunu cavabsız qoyacağam?” - Popov əsəbiləşib və onunla eyni zamanda danışmağa davam etdiyi üçün Tryuxanı studiyadan qovub.

Tarix
2019.10.26 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla