Yuxarı

Boşanan kişilər üçün sığınacaq evləri açıla bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boşanan kişilər üçün sığınacaq evləri açıla bilər

İtaliyanın bütün ərazisində boşanan və mənzilindən məhrum olan kişilər üçün sığınacaq evləri açıla bilər.

Azərtac xəbər verir ki, bu ölkədə nikahın xətm edilməsindən sonra mənzillərin 60 faizi uşaqlı qadınlara qalır. Belə halların 94 faizində isə kişilər həm uşaqlara, həm də qadınların özlərinə aliment verməli olurlar. İtaliya standartlarında bu ödənişlərin məbləği 1000-1500 avro arasındadır. Bu cür çətin vəziyyətə düşmüş keçmiş ərlər bir anda yoxsul və evsiz-eşiksiz insanlara çevrilirlər. Hətta onların bəziləri öz şəxsi avtomobilində gecələməli olurlar.

İtaliyada təsis olunmuş Boşanmış Kişilər Assosiasiyası bu hallarla bağlı hökumət orqanlarına müraciət ediblər. Sosial fəlakət həddinə çatmış vəziyyətə müdaxilə edən Latsio regionunun rəhbərliyi (paytaxt Roma da bu bölgəyə daxildir) boşanmış və maddi cəhətdən ağır vəziyyətə düşmüş kişilərə maliyyə yardımı etmək qərarına gəlib. Bundan başqa, onlar xüsusi sığınacaq evlərdə də yerləşdirilir. Lakin dövlət borcu 2 trilyon dollara çatan İtaliyanın digər regionlarının da tezliklə bu təcrübəni tətbiq edəcəyi məlum deyil.

Tarix
2019.11.15 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla