Şəmkirin keçmiş icra başıçısı Aslan Aslanovun oğlu
Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs
cəzası çəkən Vüqar Əliyevin işi ilə bağlı yenilik var.
Modern.az saytı xəbər verir ki, son günlər mətbuatın əsas
müzakirə mövzusu olan bu olay yenidən araşdıralacaq. Belə ki,
qətldə təqsirləndirlən Vüqar İbrahim oğlu Əliyevin qohumları
məsələnin ölkə mediasının diqqətini çəkdiyini nəzərə alaraq, yeni
vəkil tutublar. Tanınmış vəkil Adəm Məmmədov Vüqar Əliyevin
hüquqlarının qorunmasına cəlb edilib.
Bu barədə vəkil A.Məmmədov belə deyib:
"Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1,
228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər
üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük
azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd olunan cinayət
işi üzrə Əliyev Vüqar İbrahim oğlunun yaxın qohumları mənimlə
müqavilə bağladılar. Hazırkı iş üzrə digər məhkum Quliyeva Lamiyə
Sahib qızıdır. Hökmlə tanış olduqdan sonra belə qənaətə gəlirəm ki,
ədalət bərpa olunacaq".
Vəkil əlavə edib ki, qəsdən adam öldürmə işləri üzrə bir nəfərin
öldürülməsinə görə məhkəmə təcrübəsində ömürlük azadlıqdan məhrum
etmə cəzasının verilməsinin statistik göstəricilərdə faiz dərəcəsi
sıfıra bərabərdir.
"Əliyev Vüqar İbrahim bu işdə iştirak etsə belə, əvvəllər məhkum
olunmamış və bir nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinə
görə ömürlük azadlıqdan məhrum edilməsi məntiqə və məqsədə uyğun
deyil.
İstintaqçılar belə nəticiyə gəliblər ki, güya, bu cinayət
hadisəsi Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başıçısı Aslan
Aslanovun xidməti vəzifəsini təsirləndirilən şəxsin və ya onun ailə
üzvlərinin (torpaq mübahisəsi) maraqlarına zidd şəkildə icra etməsi
səbəbilə baş verib. Bu səbəbdən də Əliyev Vüqar İbrahim oğluna
Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsilə də ittiaham verilib.
Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsində zərərçəkmiş şəxsin
xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə
əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə cinayəti
nəzərdə tutulub.
Aslan Aslanovun oğluna rəhmət və ailəsinə səbr diləyirik. Lakin
bütün bunlara baxmayaraq, Aslan Aslanov məhkum Əliyev Vüqar İbrahim
oğlunun ömürlük azadlıqdan məhrum edilməsinə öz qulluq mövqeyindən
istifadə edərək hüquq-mühafizə orqanlarına təsiri ilə nail
olub".
Qeyd edək ki, Şəmkirin
eks-icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini
olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər təqsirləndirilərək
həbs olunub. Bunlar yuxarıda adları qeyd olunan Vüqar Əliyev və son
günlər mətbuatın gündəmindən düşməyən Lamiyə
Quliyevadır.
Hazırda media Lamiyə Quliyevanın həbsxanada atasız uşaq dünyaya
gətirməsinin necə baş verdiyini araşdırmağa çalışır. Ölkəyə səs-küy
salmış bu olaya Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəisi,
general-mayor Mədət Quliyev və Ombudman Elmira Süleymanova
münasibət bildirsələr də, Lamiyə Quliyevanın evli olmaya-olmaya
qadınlar üçün cəzaçəkmə müəssisənində kimdən hamilə qaldığına və
doğulan uşağın atasının kim olduğuna aydınlıq gətirə
bilməyiblər.
Xatırladaq ki, Lamiyə Quliyeva və Vüqar Əliyev nişanlı olublar.
Onlar 2003-cü ildə Şəmkirin o vaxtkı icra başıçısı Aslan Aslanovun
oğlu Ruslanın qətlində təqsirləndirilərək həbs olunublar.
Məlumatlara görə, Ruslan Lamiyəni zorladığına görə, qətlə
yetirilib.
Lamiyənin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da,
2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq
təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası
5 il 6 ay müddətinə artırılıb.
Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə
müəsisəsində 2014-cü il oktyabrın 16-da uşaq dünyaya gətirib.
Lamiyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə
qurub. O, Qobustandakı cəzaçəkmə müəssisəsində ömürlük cəza
çəkir.
Təqsirləndirilən şəxslərin işi ilə bağlı 2003-cü ildə keçirilmiş
məhkəmənin sonuncu - Lamiyə Quliyeva və Vüqar Əliyevə hökm oxunan
prosesin videoyazısını təqdim edir.