Yuxarı

Moskva-Ankara əlaqələri güclənir: Böyük yatırımlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva-Ankara əlaqələri güclənir: Böyük yatırımlar

"Rusiya hazırda Türkiyə üçün bir xammal bazarıdır və türklər də bundan çox doğru istifadə edirlər".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ruslan İzzətli Ərdoğan və Putinin növbəti görüşünü şərh edərkən deyib.

Politoloq Ərdoğan və Putinin növbəti görüşündə müəyyən siyasi mesajların olacağını vurğulayıb:

"Bu gün Rusiyanın iqtisadi baxımdan kifayət qədər ciddi problemləri var. Növbəti baş tutacaq görüşdə "Cənub axını" ilə bağlı hər hansı bir irəliləyiş olmayacaq. Özəlliklə də yaxın 5-6 ildə bu layihənin reallaşacağı gözlənilmir. Putin əslində, bu görüşlə Türkiyə vasitəsilə Qərbə siyasi ismarıc göndərmiş olacaq. Eyni zamanda bu görüşdə bir sıra iqtisadi müqavilələrin imzalanması ilə münasibətlər daha da güclənəcək. Moskva Ankara vasitəsilə öz maraqları naminə iqtisadiyyatını gücləndirə biləcək. Çox güman ki, türkiyəli iş adamları tərəfindən Rusiyaya yatırımlar da gündəmdə olacaq. Qeyd edim ki, Türkiyə öz iqtisadi dövriyyələrini artırmaq üçün Qərbin sanksiyalarına tuş gələn Rusiyanın hazırkı vəziyyətindən öz məqsədləri üçün istifadə edəcək. Türkiyə - Rusiya iqtisadi yaxınlaşmasının güclənməsi, eyni zamanda, Ankaranın iqtisadi cəhətdən inkişaf etməsi Bakının da xeyrinədir. Münasibətlərin daha da yaxınlaşması Ankaranın Qarabağ mövzusundakı müsbət mövqeyinə heç zaman təsir göstərə bilməz. Regionun geosiyasi vəziyyəti, Ukrayna məsələsi, Rusiyanın AŞPA-dakı son durumu və ən nəhayət, Qarabağ mövzusu diqqət mərkəzində olacaq".

Politoloq bildirib ki, nəinki Putin, eyni zamanda Ərdoğan da Qərbə önəmli siqnallar verərək öz siyasi maraqlarından çıxış edəcəklər:

"Türkiyənin Qərbdən üz döndərib Rusiya ilə siyasi bağlantı qurması əlbəttə ki, ölkəyə heç bir xeyir vermir. Ancaq Rusiya ilə iqtisadi əlaqələrin daha da gücləndirilməsi və bir sıra layihələrə imza atılması təbii ki, Ankaranın maraqları çərçivəsindədir".

Tarix
2015.02.04 / 22:06
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla