Yuxarı

İnanılmaz: Ürəyi altı saat dayanan qadın xilas edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnanılmaz: Ürəyi altı saat dayanan qadın xilas edildi

İspaniyada həkimlər Pireney dağına çıxarkən şaxta nəticəsində ürəyi altı saat dayanan britaniyalı turisti xilas etməyə nail olublar.

Axar.az xəbər verir ki, hadisə noyabr ayında Kataloniyada baş verib. 34 yaşlı Audrey Şoeman və həyat yoldaşı Rohan dağa qalxarkən qar fırtınasına düşüblər. Hipotermiya səbəbindən qadın huşunu itirib və əri onun öldüyünü zənn edib. İki saat sonra hadisə yerinə gələn xilasedicilər qadının nəfəs almadığını, ürəyinin döyünmədiyini görüblər.

Həmin zamana qədər britaniyalının bədən hərarəti 18 dərəcəyə düşüb. Barselona xəstəxanalarının birinə çatdırılan qadının qanının bir hissəsi xüsusi avadanlıq vasitəsi ilə çıxarılıb, oksigenlə zənginləşdirilib və yenidən pasiyentin orqanizminə vurulub. Həkimlər Audrey Schoemanin bədən temperaturu 30 dərəcəyə çatdıqda ürəyin fəaliyyətini bərpa etmək üçün defibrillyatordan istifadə edib.

Qadının həkimi Eduard Arqudonun sözlərinə görə, dağdakı aşağı temperatur qadının beyni və bədənini qoruyaraq çürümə prosesinin qarşısını alıb.

Hadisədən 12 gün sonra britaniyalı xəstəxanadan buraxılıb. Donvurma səbəbindən onun əlləri hərəkətini və həssaslığını qismən itirib.

Qeyd edək ki, bənzər hadisə 2011-ci ildə Danimarkada da qeydə alınıb. Həmin vaxt yeniyetmələr qrupunun qayığı çevrilib və 16 yaşlı uşaqlar buzlu suya düşüblər. Hipertoniya səbəbindən yeddi nəfərin ürəyi altı saat ərzində dayanıb. Həkimlər xəsarət alanları həyata qaytara biliblər.

Tarix
2019.12.06 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla