Yuxarı

Oqtay Şirəliyev döyülən baş həkimi işdən də qovdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Şirəliyev döyülən baş həkimi işdən də qovdu

Nizami rayonu ərazisində yerləşən 26 saylı poliklinikanın rəhbəri Pənah Əliyev baş həkim vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Müsavat.com" yayıb. Sayt öz etibarlı mənbəsinə istinadla bildirib ki, Pənah Əliyev poliklinikadakı xəstələrdən birini döyüb. Səhiyyə naziri Oqtay Şirəliyev bu biabırçılığı eşidər-eşitməz baş həkimi vəzifədən qovub.

Qeyd olunur ki, xəstəxanaya müraciət edən pasiyentlə həkimlər arasında yaranmış kiçik mübahisəyə klinikanın baş həkimi də qoşulub. Baş həkim qadını ağır ifadələrlə təhqir edib. Qadın P.Əliyevə cavab qaytarıb və ortalıq qarışıb. Baş həkim xanım pasiyenti döyüb və o, zərbələrdən huşunu itirib. Sonradan hadisədən xəbər tutan qadının həyat yoldaşı və qardaşı baş həkim P.Əliyevi öz kabinetindəcə möhkəm döyüblər.

Xəbəri redaksiyaya çatdıran qaynaq bildirib ki, hazırda P.Əliyev işsizdir.

Məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlik sözçüsü Anar Qədirli Axar.az-a açıqlamasında məlumatı təsdiqlədi. Onun sözlərinə görə, bu hadisə bir müddət öncə baş verib:

"Pənah Əliyev bir müddət öncə işdən azad edilib. Düzü, Pənah Əliyevin dəqiq hansı səbəbə görə işdən çıxarıldığını deyə bilmərəm. Ancaq səhv etmirəmsə, həmin elə bu məsələ idi. Bir daha təkrar edim ki, konkret səbəbin nə olduğunu xatırlamıram".

Tarix
2015.02.05 / 13:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla