Yuxarı

Qazaxıstan təkzib etdi: Şəhərin adı dəyişdirilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan təkzib etdi: Şəhərin adı dəyişdirilmir

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Almatı şəhərinin adının dəyişdirilməsini dəstəkləmir.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında Tokayevin müşaviri Yerlan Karin paylaşıb.

“Oljas Süleymenov cənub paytaxtının adının dəyişdirilməsi ideyasının çoxdankı tərəfdarıdır. Lakin onun prezidentlə görüşü zamanı bu ideyanı xatırlatması o demək deyil ki, dövlət başçısı da onu dəstəkləyir. Prezident hesab edir ki, Almatının inkişafında daha aktual hədəflərə konsentrasiya olmaq lazımdır. Prezident hesab edir ki, bu cür vacib məsələlər kuluarda, kabinetlərdə yox, vətəndaşların, şəhər əhalisinin böyük əksəriyyətinin mövqeyi əsasında həll edilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Oljas Süleymenov mətbuata açıqlamasında Prezident Tokayevlə Almatı şəhərinin adının Alma-Ataya qaytarılması barədə müzakirə apardığını və Tokayevin bu ideyanı dəstəklədiyini bildirib.

1993-cü ilə qədər bu şəhər Alma-Ata adlanıb.

Tarix
2019.12.16 / 09:32
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla