Yuxarı

Ruslardan azərbaycanlı qəhrəmana hörmətsizlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslardan azərbaycanlı qəhrəmana hörmətsizlik

Krımda Azərbaycan icmasının etirazlarına baxmayaraq, Yaltada Sovet İttifaqı Qəhrəmanı azərbaycanlı Cəlil Nəcəbov adına parkda alış-veriş mərkəzi tikiləcək.

Axar.az xəbər verir ki, bu barədə Yalta bələdiyyə sədri Valeriy Kosarev açıqlama verib. O, tikinti işlərinin dayandırılması üçün hüquqi səbəblərin olmadığını bildirib:

"Bütün sənədləri araşdırdıq. Tikinti işləri qanuni şəkildə həyata keçirilir. Tikinti üçün icazə verilməməliydi və mən buna heç bir zaman icazə verməzdim. Parkın qorunması lazım idi, amma tikintiyə icazə verilib. Lakin biz parkın bir qismini və abidəni qoruyacağıq".

Qeyd edək ki, Yaltanı faşistlərdən azad etmiş 323-cü alayın komandiri, Sovet İttifaqı Qəhrəmanı Cəlil Nəcəbovun adını daşıyan park yeni il ərəfəsində hasara alınıb. Daha sonra ərazidə ağır texnika işə başlayıb, çoxillik ağaclar kəsilib və parkın böyük bir hissəsi qazılıb. Ötən ay Yaltada Azərbaycan icmasının etirazından sonra Cəlil Nəcəbov adına bağda tikinti işləri dayandırılmışdı.

Tarix
2015.02.10 / 19:14
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla