Yuxarı

İran Ukrayna təyyarəsini kimin vurduğunu açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ukrayna təyyarəsini kimin vurduğunu açıqladı

Baş Qərargah rəsmilərinin hesabatları və qiymətləndirmələri Ukrayna təyyarəsinin insan səhvi ucbatından qəzaya uğradığını sübuta yetirib.

Axar.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici siyasət komitəsinin sədri Müctəba Zünnur deyib. O, qəzaya səbəb olan ehtimallar arasında kiberhücumun da gündəmə gətirildiyini desə də, bunun təsdiqini tapmadığını söyləyib.

Zünnur İranın İraqdakı ABŞ hərbi bazasına hücumundan sonra sayıq davrandığını, xalqın gündəlik həyatına mənfi təsir etməməsi üçün fövqəladə vəziyyət və ya müharibə anonsu elan edilmədiyini bildirib:

“ABŞ-ın qarşılıq vermək təhdidinə qarşı müdafiə sistemləri 100 faiz hazır vəziyyətə gətirilmişdi. Raketlərin atıldığı barədə məlumat var idi. Bu məlumat müdafiə sisteminə təsdiqləndikdən sonra verilməli idi. Ancaq bu, baş vermədi”.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Tarix
2020.01.20 / 15:58
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla