Yuxarı

Türkiyə Xocalı üçün hərəkətə keçdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Xocalı üçün hərəkətə keçdi - Video

1915-ci il hadisələrinin 100-cü ili münasibətilə erməni lobbisi tərəfindən dünya miqyasında başlanılan yalan kampaniyası vüsət alırkən yaxın keçmişdə həyata keçirilən Xocalı qətliamını sanki unutdurulmağa çalışırlar. Bu insanlıq cinayəti istər bölgəmizdə və istərsə də beynəlxalq cəmiyyətdə təəssüf ki, lazımı səviyyədə həssaslıqla qarşılanmır.

Qarabağ müharibəsi zamanı baş vermiş Xocalı qətliamının 23-cü ildönümündə Azərbaycana məxsus olan Dağlıq Qarabağ hələ də Ermənistanın işğalı altındadır. Bu işğalın başladığı 1991-ci ildə SSRİ-nin dağılmasının ardından erməni birlikləri 26 fevral 1992-ci ildə mühasirə altında saxladıqları Xocalı qəsəbəsinə daxil olaraq 1.300 nəfəri vəhşicəsinə öldürmüş, 1.275 nəfəri əsir almış və onlarla uşağı yetim qoymuşlar.

Qarabağ müharibəsi zamanı isə bütövlükdə 20.000 nəfər ölüb, 50.000 nəfər yaralanıb, 1 milyon nəfər də yurdlarından köç etmək məcburiyyətində qalıblar.

Xocalı qətliamı və Qarabağ müharibəsi zamanı törədilən digər insanlıq cinayətlərinin günahkarları bu günə qədər cinayət məsuliyyətinə cəlb olunmayıb və işğal edilən ərazilərdən qaçqın düşən 1 milyon azərbaycanlı ata-baba yurdlarına qayıtmayıblar.

Avropa.info xəbər verir ki, Türkiyənin ən böyük yardım təşkilatı, BMT-nin rəsmən üzvü olan İHH İnsani Yardım Təşkilatı fevralın 21-də İstanbulda keçirəcəyi "Bəşəriyyətin ədalət axtarışı: 23-cü ildönümündə Xocalı simpoziumu" bu faciəni dünya gündəminə çıxartmaq məqsədi daşıyır.

Simpoziumda Azərbaycan və Türkiyədən mütəxəssislər və jurnalistlərlə yanaşı, qırğınlara şahidlik etmiş əlillər də iştirak edəcək, hadisənin humanitar böhran miqyasını da öz təcrübələri ilə bölüşəcəklər.

Qeyd edək ki, Azərbaycandan tədbirə millət vəkilləri Fazil Mustafa, Məlahət İbrahimqızı, Jalə Əliyevə, QAT sədri Akif Nağı, "Avropa.info" saytının direktoru Ruslan Bəşirli və digər tanınmış isimlər dəvət olunublar.

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, İHH başqanı Bülənt Yıldırım və digərləri də çıxışçılar arasındadır.

Tarix
2015.02.17 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla