Yuxarı

Dəhşətli virusla bağlı qərar: Bu şəhərlərdə həyat dayandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli virusla bağlı qərar: Bu şəhərlərdə həyat dayandı

14:05

Koronavirusun ilk dəfə yayıldığı Çinin Uxan şəhərinə giriş və çıxış məhdudlaşdırılıb.

Axar.az xəbər verir ki, şəhərdə hava limanı və qatarlar, metro, gəmi və digər uzaq məsafəyə səfər edən nəqliyyat vasitələrinin hərəkəti bir günlük dayandırılıb.

Xatırladaq ki, Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan insana keçməsi faktını təsdiqləyiblər. Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Uxan şəhərinə səyahət edənlərdir.

Koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb.

Məlumat üçün bildirək ki, ötən gün sözügedən şəhərə giriş-çıxışın məhdudlaşdırılması haqda çağırış edilmişdi.

***

Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindən sonra vilayətin daha 4 şəhərində ictimai nəqliyyatın hərəkəti koronavirusun (2019-nCoV) yayılmasının qarşısını almaq məqsədilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Məlumata görə, Çinin Nəqliyyat Nazirliyi Xuanqan, Icou, Cician və Çiencian şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılmaqla yanaşı, sakinlərdən ciddi səbəb olmasa, şəhərlərini tərk etməmək xahişini edib.

Çində virusun yayılmasının qarşısını almaq üçün iri şəhərlərdə kütləvi tədbirlər, o cümlədən Şərq ölkələrinin ay təqvimi ilə Yeni il bayramı günlərində nəzərdə tutulan böyük şənliklər təxirə salınır. Artıq paytaxt Pekin meriyasının Mədəniyyət və turizm bürosu bu barədə açıqlama yayıb.

Tarix
2020.01.23 / 20:42
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla