Yuxarı

Putindən dünyanın 5 nəhənginə mühüm təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən dünyanın 5 nəhənginə mühüm təklif

Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrin dövlət başçıları ilə görüş keçirməyi təklif edib.

Axar.az xəbər verir ki, Putin bunu Qüdsdə keçirilən “Holokost haqqında yaddaşı qoruyuruq, antisemitizmlə mübarizə aparırıq” forumunda çıxışı zamanı deyib. O, sülhün müdafiəsi üçün BMT-nin əsasını qoyan ölkələrin nümunə göstərməli olduğunu bildirib:

“Beş güc sivilizasiyanın qorunması üçün xüsusi məsuliyyət daşıyıcısıdır. Biz bəzi həmkarlarımızla müzakirələr aparmışıq və belə başa düşürəm ki, BMT Təhlükəsizlik Şurasının dövlət başçılarının görüşünə dair müsbət reaksiyanı görmüşük. Görüş həmkarlarımıza uyğun olan dünyanın istənilən yerində, istənilən ölkəsində keçirilə bilər. Rusiya belə ciddi danışıqlara hazırdır”, – deyə o bildirib.

Artıq Putinin bəyanatına BMT TŞ-nin daimi üzvü olan ölkələrdən cavab gəlib. Britaniya Xarici İşlər Nazirliyi Moskvadan Putinin təklifiylə bağlı detalları gözlədiklərini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron da Rusiya Prezidentinin təşəbbüsünü dəstəkləyib.

Eyni fikri Pekinin də bölüşdüyü bildirilib.

Tarix
2020.01.24 / 10:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla