Yuxarı

Estoniyadan Rusiyaya sərt cavab: "Tartu" qüvvədədir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estoniyadan Rusiyaya sərt cavab: "Tartu" qüvvədədir!

Sovet Rusiyası ilə imzalanan Tartu sülh müqaviləsi qüvvədə qalmaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri Estoniya Prezidenti Kersti Kalyulayd deyib.

“Tartu sülh müqaviləsi müstəqil Estoniya dövlətinin yaradılmasının sübut olub, olmaqdadır və olacaqdır. Müqavilə qüvvədədir”, - dövlət başçısı bildirib.

Xanım prezidenti qeyd edib ki, o zaman Estoniya SSRİ-yə könüllü surətdə qoşulmayıb.

O, Sovet dövründəki prosesləri işğal adlandırıb.

Bundan öncə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 1920-ci ildə imzalanan Tartu müqaviləsinin qüvvədə olmadığını və tarixə qovuşduğunu demişdi.

Qeyd edək ki, sözügedən müqavilə ilə (1920-ci il, 2 fevral) Sovet Rusiyası Estoniyanın müstəqilliyini tanımışdı.

Tarix
2020.02.03 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla