Yuxarı

Koronavirusa yoluxan şəxsi evə zəncirlədilər - Şok video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusa yoluxan şəxsi evə zəncirlədilər - Şok video

17:26

Çində ölümcül koronavirusun yayılmasının qarşısını almaq üçün istifadə olunan metodlar sərt reaksiyalara səbəb olub.

Teleqraf.com xəbər verir ki, sosial mediada yayılan görüntülərdə koronavirusa yoluxan ailənin evinin qapısının zəncirlənməsi əks olunub və bu insanlar tərəfindən pislənilib.

Fotolarda bir şəxsin qapının ağzında ev sahibi ilə mübahisə etdiyi məlum olur. Həmin şəxs evdəkilərə “Evinizin təcrid olunduğunu elan etmək üçün buradayıq. Xahiş edirəm bizimlə əməkdaşlıq edin” deyir.

Ev sahibi isə rəsmi şəxsdən ətraflı məlumat almaq istədiyini bildirib. Qapıdakı şəxs “Sizi evinizə kilidləmək məcburiyyətindəyik, qapınızı zəncirləyəcəyik” deyə cavab verib.

Bu sözlərdən təəccüblənən ev sahibi etiraz edib: “Yəni həyatımız təhlükə altında olanda qapını içəridən aça bilməyəcəyəm?”

Rəsmi şəxsin cavabı sosial şəbəkələrdə də tənqid hədəfinə çevrilib. O, cavabında “Sizə tövsiyə edirəm ki, özünüzü yanğından qoruyun, əvvəlcədən tədbirlər görün. Təcili durum olarsa, üç açar qoyuruq, ən qısa müddətdə yardım istəyərsiniz. Evdə özünüzə yaxşı baxın, hökumət də kənarda sizinlə maraqlanacaq. Bu qaydaya əməl etməyən hər kəs haqda cinayət işi açılacaq” deyə qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Tarix
2020.02.10 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla