Dünyanın ən prestijli mükafatı olaraq qəbul edilən
"Oskar" Film Mükafatları bu gecədən səhərə qədər davam edən
mərasimlə 87-ci dəfə sahiblərinə təqdim edilib. Hollivudda yerləşən
Dolbi teatrında keçirilən mərasimin aparıcılığını Neil Patrik
Harris edib.
Axar.az 87-ci Oskar mükafatlarının qaliblərini təqdim edir:
Ən yaxşı film – "Birdman"
Ən yaxşı rejissor – Alexandro Qonzales İnyarritu
Ən yaxşı aktrisa – Culian Mur ("Hələ də Alis" filminə görə)
Ən yaxşı aktyor – Edi Redmeyn ("Hər şeyin nəzəriyyəsi" filminə
görə)
Ən yaxşı orijinal ssenari – "Birdman"
Ən yaxşı ikinci plan aktyoru – Conatan Kembl Simons
("Mübtəlalıq" filminə görə)
Ən yaxşı ikinci plan aktrisası – Patrisia Arkvit ("Uşaqlıq"
filminə görə)
Xarici dildə ən yaxşı film – "İda"
Ən yaxşı orijinal film musiqisi – "Şərəf" mahnısı "Selma"
filmindən
Ən yaxşı orijinal musiqi – Aleksandr Desplat "Böyük Budapeşt
Oteli"
Ən yaxşı quruluşçu rəssam-dekorator – Anna Pinok ("Böyük
Budapeşt Oteli" filminə görə)
Ən yaxşı qrim və saç düzümü – Franses Hanen və Mark Kolir
("Böyük Budapeşt Oteli" filminə görə)
Ən yaxşı geyim dizaynı – Milena Kanonor ("Böyük Budapeşt Oteli"
filminə görə)
Ən yaxşı səs tərtibatı – "Mübtəlalıq"
Ən yaxşı səs montajı – "Amerikan snayper"
Ən yaxşı montaj – Tom Kros ("Mübtəlalıq" filminə görə)
Ən yaxşı operator işi – Emanuel Lubetski ("Birdman" filminə
görə)
Ən yaxşı vizual effekt – "Ulduzlararası"
Ən yaxşı qısa animasiya filmi – "Ziyafət"
Ən yaxşı bədii animasiya filmi – "6 Böyük Qəhrəman"
Ən yaxşı sənədli film – "Vətəndaş dörd"
Ən yaxşı qısa film – "Telefon zəngi"
Ən yaxşı qısa sənədli film – "Böhran qaynar xətti: Veteranların
mətbuatı"
Qeyd edək ki, "ən yaxşı sənədli film" nominasiyası üzrə mükafat
ABŞ Milli Təhlükəsizlik Təşkilatının keçmiş işçisi Eduard Snouden
haqqında çəkilən "Vətəndaş dörd" filminə təqdim edilib.