Yuxarı

Gümrü qətli: hadisəni bir neçə əsgər törədib? – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gümrü qətli: hadisəni bir neçə əsgər törədib? – Foto

Ermənistanın Gümri şəhərində Avetisyanlar ailəsinin qətlindən 40 gün keçib.

Axar.az xəbər verir ki, bu cinayətdə istintaqa 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun şübhəli bilinməsindən başqa heç nə məlum deyil. Avetisyan ailəsi isə qətli təfərrüatından və çoxsaylı suallardan narahatdır.

***

"BBC-Azərbaycanca" yazır ki, Avetisyan ailəsinin 7 üzvünün, o cümlədən, iki yaşlı qız və altıaylıq oğlan uşağının qətlində şübhəli məqamlar barədə iddialar səslənir. Rəsmi versiyaya görə, cəmisi bir ay bundan əvvəl Gümridə yerləşən 102 saylı Rusiya hərbi bazasında xidmətə başlayan Valeri Permyakov hissəni tərk edib, Myasnikyan küçəsində 188 nömrəli evin açıq darvazasından həyətə daxil olub və səhər saat 6 radələrində su istəyib. Ev hərbi bazadan təxminən 4 kilometr uzaqdır və dərin bir dalanda yerləşir. Nə üçün qatil məhz bu qapını seçib? – qətlə yetirilmiş ev sahibəsinin bacısı Rita sual edir.

***

Güman ki, qapını açmaq üçün qalxan 55 yaşlı Hasmik Avetisyandan başqa üç ayrı-ayrı otaqda yatan ailənin qalan üzvlərinin meyitləri öz çarpayılarında aşkar edilib. "Necə olur ki, ailənin yaşlı üzvlərindən heç biri birinci, yaxud ikinci, ya üçüncü atəşin səsinə belə ayılıb yerindən qalxmayıb?" Bu sualı verənlər qətliamı tək bir adamın törətməsindən şübhələnir.

Şübhələrə səbəb olmuş daha bir amil də qatilin cinayət yerində iz qoymasıdır. Silahdan başqa hadisə yerində üstünə "Permyakov Valeri Pavloviç" yazılmış çanta, ayaqqabı və hərbi paltar tapılıb. Bəziləri hətta Permyakovun günahkar olub-olmadığını sual edir.

"Buraxın onu, o günahsızdır. Sərbəst gəzən həqiqi caniləri axtarın. O uşaq bu günahsız ailəni öldürə bilməzdi. Onu bir müqəvva kimi ortaya atıblar", - öldürülən ev sahibəsinin bacısı Culyeta deyir.

"Kimin paltarını geyinibmiş o oğlan? Evdən apardığı 3 telefonla kimə zəng edib? Hadisə yerində kimin və neçə adamın barmaq izləri aşkar edilib? Permyakovun barmaq izləri ilə uyğun gəlirmi? Heç olmasa, bu sadə sualların cavabını versinlər. Yoxsa bu sükuta daha dözmək mümkün deyil" - öldürülən Hasmik Avetisyanın bacısı oğlu Samvel Hovhannisyan deyir.

***

"Bu, kövrək sakitlik hər an pozula bilər. Gümri sakinləri baş prokuror Gevorq Kostanyanın cavabını gözləyir. O söz vermişdi ki, Permyakovun Ermənistana təhvil verilməsi üçün Rusiya baş prokuroruna müraciət edəcək. Gümri sakinləri 2-3 gün də gözləyər, lakin sonra vəziyyət gərginləşə bilər", - BBC müxbirinə Gümri jurnalistlər klubunun rəhbəri Levon Barseğyan deyib. İstintaq düzgün aparılmasa, aksiyalar başlayacaq.

Tarix
2015.02.24 / 01:08
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla