Yuxarı

Putindən sonra Rusiyanı nələr gözləyir? – Ruslar qorxur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən sonra Rusiyanı nələr gözləyir? – Ruslar qorxur...

Ruslar Rusiya Prezidenti Vladimir Putinin vəzifədən gedəcəyi halda ilk növbədə müxtəlif siyasi qüvvələr arasında kəskin mübarizənin başlayacağından qorxur.

Axar.az xəbər verir ki, bu məlumat Aleksey Çesnakovun rəhbəri olduğu Siyasi Konyuktura Mərkəzinin hesabatında yer alıb. Hesabatda rusiyalıların həmçinin milli layihələrin ləğvi və dövlətin sosial öhdəliklərinin azalmasından ehtiyat etdikləri vurğulanıb. Onları Rusiyanın dünyadakı avtoritetinin azalması və xarici siyasətdə məğlubiyyət təhdidi də narahat edir.

Rusiyalıları qayğılandıran başqa məqam Putindən sonra millətlərarası konfliktlərin və Qafqazda, eləcə də milli respublikalarda separatçı əhval-ruhiyyənin güclənməsidir.

Hesabatda Qafqazda hazırkı stabilliyin Putinlə Ramzan Kadırov arasındakı münasibətlərdən və federal büdcədən ayrılan vəsaitdən asılı olduğu bildirilib.

Putindən sonra yaranacaq risklər sırasına həmçinin ölkədəki iqtisadi situasiyanın pisləşməsi, müdafiə qabiliyyətinin azalması, oliqarxik revanşın mümkünlüyü və sərt vətəndaş müharibəsi, NATO ölkələri ilə müharibə ehtimalı da daxil edilib.

Tarix
2020.02.21 / 11:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla