Yuxarı

İvanişvilinin Rusiyadan aldığı tapşırıq üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İvanişvilinin Rusiyadan aldığı tapşırıq üzə çıxdı

"Rusiyada Bidzina İvanişviliyə məsləhət görmüşdülər ki, Gürcüstanın daxili siyasətinə qarışsın".

Axar.az xəbər verir ki, bu sözləri "Rustavi-2" televiziyasında çıxışı zamanı Gürcüstanın keçmiş Dövlət Təhlükəsizlik naziri Valeri Xaburdzaniya deyib.

O, İvanişvilinin 2003-cü ildə bu təklifi qəbul etmədiyini bildirib:

"2003-cü ildə İvanişvilidən çox adam bunu xahiş etmişdi. Lakin o, Rusiyanın təklifini qəbul etmədi. 2011-ci ildə baş verənlərlə bağlı isə mən heç nə deyə bilmərəm".

Qeyd edək ki, İvanişvili 2012-ci ildə Saakaşvilinin partiyasını məğlub edərək parlamentdə üstünlük qazandı. Bundan sonra İvanişvili siyasəti tərk etdiyini açıqladı. Ardınca isə onun yaratdığı "Gürcü arzusu" partiyası öz mövqelərini dövlətin bütün strukturlarında möhkəmləndirdi. Bundan sonra isə eks-prezident Saakaşvili Gürcüstanı tərk etdi və ona qarşı cinayət işi qaldırıldı.

Tarix
2015.02.25 / 13:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla