Yuxarı

“Rusiya bunu gürcülərə heç vaxt bağışlamaz”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Köhnə postsovet ölkələrindən Rusiyaya qarşı ən barışmaz mövqedə olan Baltikyanı dövlətlər NATO və Avropa İttifaqının (Aİ) təminatı altında olduğuna görə bu ölkələrin Rusiya ilə əlaqələri əvvəlkinə baxanda indi daha yaxşıdır. Ancaq son zamanlar Rusiya ilə Gürcüstan arasında münasibətlər kəskin hal alıb".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloqun sözlərinə görə, son vaxtlar gürcülərin anti-Rusiya təbliğatı aparması əslində onların ehtiyatlanmasından irəli gəlir:

"Çünki Saakaşvilinin zamanından bəri anti-Rusiya təbliğatı çox güclü idi. Ancaq indiki Gürcüstan hakimiyyəti bu işi Saakaşvili qədər görmür. Bununla yanaşı biz bilirik ki, Gürcüstanda kifayət qədər anti-Rusiya meyilliliyi var. Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək müstəqilliyini tanıyıb. Buna görə də Gürcüstanın Rusiyaya qarşı mövqe tutması üçün kifayət qədər ciddi səbəbləri var. Rusiya bu kimi hadisələrə son qoymadığı üçün gürcülərin yumşalmasına da başqa bir səbəb qalmır. Ukrayna müharibəsi məsələsində gürcülər "bizə də sıra gələ bilər" qorxusu ilə ukraynalılar tərəfə ittifaqa can atırlar. Çünki hesab edirlər ki, beynəlxalq arena bu məsələdə Rusiyanı nə qədər çox qınasa, başqa ölkələrə hücum təhlükəsi də bir o qədər aradan qalxar. Gürcüstanın hazırkı mövqeyi sırf bununla bağlıdır".

Politoloq bildirib ki, gürcülər hazırda bu cür davranaraq özlərini qorumağa çalışırlar:

"Ermənistan Rusiyanın torpağıdır. Rusiya da Ermənistana bu cür baxdığına görə ermənilərlə hər hansı bir quru əlaqəsinin kəsilməsi ruslar üçün çox ciddi bir sıxıntıdır və onlar bunu gürcülərə heç vaxt bağışlamazlar. Gürcüstan da bu təhlükəni bildiyi üçün Moskva-Suxumi-Tiflis-İrəvan yolunun qapalı qalmasına çox tab gətirə bilmədi. Burada bir təhlükə var, o da Rusiyanın bu yolla aldığı dəstək hesabına öz işğalçı siyasətini davam etdirə bilməsidir".

Tarix
2015.03.03 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla