Yuxarı

Snoudenin həyatından kitab yazıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Snoudenin həyatından kitab yazıldı

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş üzvü Eduard Snoudenin vəkili Anatoli Kuçerenanın müvəkkilinin həyatından bəhs edən "Vremya Spruta" (Osminoq zamanı) adlı əsəri satışa çıxarılıb.

Axar.az xəbər verir ki, Kuçerena əsərində Moskvaya sığınan Snoudenin ilk günlərini detallı şəkildə izah etməyə çalışıb. O, Snoudenə "Joş Cold" adını verərkən qəhrəmanının keçmiş Sovet lideri Nikita Xruşşovun 30 metr yerin dərinliyindəki gizli sığınacağında qaldığını və Rusiya mədəniyyəti ilə tanışlığını qələmə alıb. Ayrıca ABŞ agentinin gizli sığınacaqda yaşayan ilk adam olduğu ifadə edilib.

Əsərin qəhrəmanı hadisəni öz dili ilə belə ifadə edir:

"Mən ABŞ ilə yaxşı münasibətlərdə olmayan ölkələrin aerodromlarından istifadə etmək istəyirdim. Məsələn, Çin, Rusiya, Kuba, Ekvador, Boliviya və Venesuela".

Kitabın müqəddiməsində əsərdəki hadisə və insanların xəyal məhsulu olduğu və günümüzdəki bəzi bənzərliklərin isə təsadüf olduğu bildirilir.

Digər tərəfdən vəkil Kuçerena kitabı yazdıqdan sonra Snoudenə verdiyini, keçmiş kəşfiyyatçının əsəri çox bəyəndiyini deyib. Bundan başqa o, müvəkkilinin ABŞ-a qayıtmaq istəyini də gizlətməyib. Ayrıca Kuçerena əsərinin istifadə hüququnun Hollivud rejissorlarından Oliver Stona məxsus olduğunu deyib.

Xatırladaq ki, Snouden 2013-cü ildə ABŞ və Britaniya kəşfiyyatına məxsus gizli materialları "Vaşinqton Post" və "Qardian" qəzetlərinə ötürüb. Daha sonra o, Honkonqa qaçıb və ordan da Rusiyaya keçib.

Tarix
2015.03.04 / 01:22
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla