Rusiya Prezidenti Vladimir Putinin keçmiş arvadı
Lyudmilanın Oleq Bloskoqonun "Vladimir Putin və hakimiyyətə yol"
adlı kitabında maraqlı etiraflar yer alıb.
Axar.az Lyudmilanın Putin və ailəsi barədə etiraflarının bir
qismini təqdim edir:
"Vladimir Vladimiroviçin valideynləri ilə birinci görüşü əla
xatırlayıram. Məni iki nəfər çağırdı və mətbəxə çıxdım, Putinin
anası Mariya İvanovanı gördüm. Biz nə barədəsə danışmağa başladıq.
Bizi Putinin dostu Aleksey tanış etmişdi. Putinlə bizim
münasibətimiz kifayət qədər normal inkişaf edirdi. Putinlə görüşə
mən heç vaxt gecikmirdim, ancaq o həmişə gecikirdi. Bilirdim ki,
Putin yenə gecikəcək, ancaq mən yenə də vaxtında gəlirdim. Mən bu
günə qədər Putinin gecikmələriylə barışmamışam. Gecikmənin ilk
10-15 dəqiqəsinə mən dözürdüm, artıq saatlar keçirdi və mən
inciyirdim, ağlayırdım. O işlərində dəqiq idi, ancaq şəxsi
işlərində bunu demək olmaz.
Onun haqqını yemək də olmaz. Heç vaxt yalan danışmırdı, özünü
əməllərində göstərərdi, prinsipial biri idi. Mən əmin idim ki,
başqaları ilə heç vaxt görüşməyəcək, bu davranışı dürüstcəsinə idi.
Valideynlərinə bağlı biri idi. Əyləncə gecəsinə gedirdik, özünü çox
rahat aparırdı: rəqs edirdi, şənlənirdi, gülürdü. Bizim
münasibətimiz qeyri-müəyyən idi. Belə ki, o məni daim müşahidə
edirdi. Hansı qərarı verəcəyimi gözləyirdi - mən bu sınaqlara
dözəcəyəmmi, ya yox... Xatırlayıram ki, 1981-cidə ilə biz dağ
xizəyi ilə məşğul olmağa başladıq. Birdən oralarda gəzməyi təklif
etdi. O mənim fikirimi soruşmurdu, sadəcə təklif edirdi.
Putinin həmişə maşını olub, biz tanış olanda "Zaporojes"i var
idi. Avtomobilinin səs boğucusu isə mənim ürəyimcə deyildi, mənə
mənfi təsir edirdi. O isə mənə maşınla şəhər gecəsini göstərməyi
çox istəyirdi.
Putinlə ilk dəfə Qara dənizə 1981-ci ilin yayında getdik. Bizim
səfərimiz Suduka idi. O, ictimai yerlərdə oturub qidalanmaqdansa,
mağazalardan bazarlıq etməyi üstün tuturdu və çox pul xərcləməməyə
çalışırdı.
Putinin dostları - Vladik və Viktor bizə gələrdilər, onlar üçün
yemək bişirərdim. Putinin sualtı tüfəngi var idi, o, dənizə girər,
uzun müddət suyun altında qalardı, mən isə bundan qorxardım. Ancaq
o, nəticədə balığı vurardı...
İllər sonra ərə getdim - 28 iyul 1983-cü il. O gündən biz heç
vaxt toyumuzun ildönümünü qeyd etməmişik. Putinin prinsipi belə idi
ki, evdə qərarı kişi qəbul etməlidir. Biz toy səyahətinə Kiyevə
getdik. Təəssüf ki, o vaxtdan şəkillər qalmayıb. O zamanlar
fotoaparatımız ağ-qara, nazik pərdəli idi. Bir müddət sonra biz
fotoaparatı atdıq və bizim toy şəkillərimiz qalmadı. Biz toy
səyahətimizi Yaltada yekunlaşdırdıq. Putinin də orda işləri var
idi, onlarla məşğul olurdu. Budur, bizim toy səyahətimiz də belə
keçdi...
Putinin Dövlət Təhlükəsizlik Komitəsinin zabiti olduğunu
bilmirdim. Mən düz il yarım sonra bildim ki, o, nə işlə məşğul
olur. Bir dəfə Putinin məni sınadığını düşündüm. Belə ki, Putinlə
razılaşdıq - görüş yerini təyin etdik. Mən çox gözlədim, ancaq o
gəlmədi. Sonra mən evə getməyi qərara aldım. Biri mənə yaxınlaşmağa
çalışırdı, mən isə addımlarımı cəld atırdım, sonra qaçmağa
başladım, o da arxamca qaçdı. Məni səslədi:
- Qız, dayanın, mən pis heç nə etməyəcəm. Yalnız sizinlə
danışmaq istəyirəm. Cəmi iki saniyə.
Mən dayandım...
- Qız, bu, taledir. Necə olursa-olsun, mən sizinlə tanış olmaq
istəyirəm.
- Nə tale?
- Zəhmət olmasa, mənə telefon nömrənizi verin.
- Mənim telefonum yoxdur.
- Eləsə, mənim nömrəmi yazın.
- Çox təəsüf, bu, tale deyil.
- Yaxşı, ancaq siz fikrini dəyişsəniz, mənə zəng edin…
Sonra isə çıxıb getdi. Mən bundan tamamilə şübhələndim ki, bu,
Putinin planı idi və məni sınayır. Sonra bu barədə dəfələrlə
Putindən soruşdum, o isə cavab verməkdən yayındı. Mən indiyə qədər
bilmədim ki, o cavan oğlan sıradan biri idi, ya necə?!
Mən heç vaxt Vladimir Vladimiroviçin işinə görə hirslənmirdim.
Elə günlər olurdu ki, evə gəlmirdi. Hətta zəng belə etmirdi.
Hirslənirdim, küsürdüm, çox məyus olurdum. Mən yalnız və yalnız onu
gözləyirdim. Başqa cür bacarmırdım...
Faktiki olaraq mən həmişə onun arzularına tabe olurdum. Nə vaxt
ki, qızımız oldu, zəng edib adını dəqiqləşdirmək istədim. Mən
qızımın adının Nataşa olmasını istəyirdim, rəfiqəmin adı da belə
idi, bu ad xoşuma gəlirdi. Ancaq Putin təkidlə Nataşa yox, Maşa
olacağını dedi. Başqa seçim yox idi, qızımın adı Maşa oldu.
Hamiləliyin yeddinci ayında biz Drezdenə gəldik. O, heç vaxt
həkimə getmirdi, nə vaxt ki, həkimə gedirdik, əsəbiləşirdi, məni
qınayırdı.
Vladimir Vladimiroviçdə belə bir prinsip var idi, evdə hər şeyi
qadın etməlidir. Buna görə də o, ev təsərrüfatında heç vaxt
iştirakı qəbul etmirdi. Başqa ailələrdə olan ər-arvad
münasibətlərinə həmişə paxıllıq edirdim. Bizim ailəmizdə hər şey
başqa cür olurdu. Yemək hazırladığım vaxt tərif gözləyərdim, ancaq
o sadəcə "yaxşıdır" deyərdi".