Yuxarı

ABŞ tarixinin II Uotergeyt qalmaqalı: skandal böyüyür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ tarixinin II Uotergeyt qalmaqalı: skandal böyüyür

ABŞ Dövlət Departamentinin sabiq rəhbəri, Demokratların 2016-cı il seçkilərində əsas namizədi olması gözlənilən Hillari Klintonun elektron poçt qalmaqalı yenidən gündəmə gəlib.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, qalmaqal o dərəcədə böyüyüb ki, Ağ ev rəsmi açıqlama vermək məcburiyyətində qalıb.

Vaşinqton sözçüsü Coş Ernest keçirdiyi gündəlik brifinqdə bildirib ki, Obama Klintonun Dövlət Departamentinin rəhbəri olduğu dövrlərdə istifadə etdiyi xüsusi e-poçt ünvanından bixəbərdir.

Obamanın həmin e-poçt vasitəsilə xanım Klintonla əlaqə qurduğunu deyən Ernest yazışmaları etiraf edib:

"Bəli, prezidentlə Klinton arasında bu e-poçt vasitəsilə yazışmalar olub. Lakin Prezident Obama hesabın və internet xidmət serverinin necə qurulduğunun fərqində olmayıb".

Bildirək ki, Birləşmiş Ştatlar Federal Qeydiyyat Qanunları hökumət işçilərinin yazışmalarını hökumət sənədi kimi tanıdığından bunların arxivləşdirilməsini tələb edir. Klintonun rəhbərliyi dövründə isə bu qayda pozulub. Buna görə də yazışmaların necə arxivləşdiriləcəyi ilə bağlı hələ də müzakirələr aparılır.

"Nyu York Tayms" sözügedən məsələ ilə bağlı dərc etdiyi məqalədə bəzi məqamlara aydınlıq gətirib. Qəzetə görə, Klintonun komandası vəzifədən ayrıldıqdan dərhal sonra deyil, iki ay əvvəl nazirliyin hesabındakı on minlərlə e-poçtu gözdən keçirərək yazışmaları ələyib. Bu hadisədən sonra Klinton komandası 55 min səhifəlik e-poçt qeydini departamentə təhvil verib.

Qəzet ayrıca 2009-2013-cü illərdə Dövlət Departamentinə rəhbərlik edən xanım Klintonun rəsmi e-poçt hesabının olmadığını açıqlayıb.

Xatırladaq ki, Hillari Klintonun e-yazıları departamentin internet serverinə deyil, özünün şəxsi evindəki xidmət serverinə bağlı olub. Hadisə mətbuata sızdıqdan sonra açıqlama verən Prezident Barak Obama bu barədə məlumatsız olduğunu bildirmişdi.

Qalmaqal böyüdükdən sonra Klinton özünün Tvitter hesabında e-poçtlarını ictimaiyyətə göstərmək istədiyini yazmışdı.

Yaranan qalmaqalın Klintonun 2016-cı il seçkilərində səs qazanmasına böyük təsir edəcəyi gözlənilir.

Tarix
2015.03.11 / 01:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla