Yuxarı

Bu Avropa ölkəsindən korona ilə bağlı şad xəbər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu Avropa ölkəsindən korona ilə bağlı şad xəbər

COVİD-19 pandemiyasına qarşı mübarizədə müsbət nəticələr əldə edən ölkələrdən biri kimi Sloveniya hökuməti də karantin qaydalarının yumşaldılması qərarını verib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, aprelin 20-dən etibarən bu ölkədə texniki avadanlıqlar, mebel və tikinti malları satan mağazalar yenidən açılıb. Eyni zamanda, avtomobil təmiri sexləri və digər təmir emalatxanaları fəaliyyətlərini bərpa edib. Açıq havada aparılan işlər (binaların bayırdan rənglənməsi və təmiri, bağçılıq məhsullarının satışı) yenidən həyata keçirilə bilər, eyni zamanda, qida məhsullarının küçə satışına da icazə verilib.

Hökumətin qərarına əsasən, sahəsi 400 kvadratmetrədək olan digər ictimai iaşə obyektlərinin (bərbərxana və kosmetika salonları da daxil olmaqla) fəaliyyəti iki həftədən sonra bərpa ediləcək.

Sloveniyada koronavirus infeksiyası ilkin mərhələdə sürətlə yayılsa da, hökumətin gördüyü məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxma hallarının sayı azalıb. Hazırda ölkədə 1330 yoluxma halı qeydə alınıb, 192 nəfər virusdan sağalıb, ölənlərin sayı isə 74 nəfərdir. Ölkədə karantin dövründə vətəndaşların öz yaşayış məntəqəsini tərk edərək başqa yerə getməsi yalnız xüsusi icazə ilə mümkündür.

Tarix
2020.04.20 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla