Yuxarı

Kimin ölüm xəbəri: Çin ordu yığır, ABŞ isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya yarımadasında baş verən hazırkı aktivlik Koreya müharibəsi ərəfəsində baş verən proseslərə çox bənzəyir. Yarımada üzərində marağı olan iki supergüc - ABŞ və Çin bir-birinə güzəştə getmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Şimali Koreya lideri Kim Çen İnin ölüm xəbəri ilə paralel baş verən siyasi prosesləri şərh edərkən deyib. O bildirib ki, Kim Çen İnin ölüm xəbərinin yayılmasının ardınca Uzaq Şərq regionunda, xüsusən də Koreya yarımadasında aktivlik gözlənilirdi:

“Çünki Kim Çen İn ABŞ-ın regionda maraqlarına mane olan bir şəxs idi. Düzdür, hazırda bu xəbərin doğru olub-olmadığı məlum deyil, lakin artıq yarımadada aktivlik müşahidə olunur. Çin Şimali Koreya sərhədinə çoxlu əsgər və hərbi texnika yerləşdirməyə başlayıb. ABŞ isə yarımada üzərində kəşfiyyat uçuşlarının sayını artırıb”.

Politoloq deyib ki, Donald Tramp Kim Çen İnlə bağlı çox müəmmalı açıqlama verib:

“Trampın "Bilirəm o (Kim çen - red.) özünü necə hiss edir. Siz yaxında hər şeyi biləcəksiniz” sözləri həqiqətən də çox qəribə açıqlamadır. Çünki Tramp nəyisə bilirsə, bunu açıqlamalıydı. Əgər açıqlamırsa, demək, həqiqətən də ortada nəsə var.

Artıq bir neçə gündür ki, Kim Çen İnin ölüm xəbəri yayılıb. Nəzərə alsaq ki, Şimali Koreyanın ən yaxın və tək müttəfiqi Çindir, belə qənaətə gəlmək olar ki, rəsmi Pekin məsələ ilə bağlı daha çox məlumata sahibdir. Görünür, Tramp bu reallıqdan narahatdır və yarımadada baş verən prosesləri yaxından izləyir”.

Politoloq qeyd edib ki, Çin Kim Çen İnin ölümündən sonra ABŞ-ın Şimali Koreyaya müdaxilə etməyindən çəkinir:

“Çin yaxşı başa düşür ki, ABŞ-ın Uzaq Şərqdə, xüsusən də Koreya yarımadasında maraqları var. Kim Çen İnin ölümü həqiqətdirsə, ABŞ yarımadada yaranan güc boşluğundan faydalanmaq istəyəcək. Maraqlı məqam odur ki, ABŞ və Çin bir-birindən ehtiyat edir.

Düşünürəm, yarımada üzərində siyasi gərginlik yaşansa belə, bu, müharibə sferasına keçməyəcək. Çünki yarımada uğrunda artıq bir dəfə müharibə baş verib və ABŞ bu müharibədə məğlub olub”.

Tarix
2020.04.29 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla