Yuxarı

MN: "Üç deyil, 20 erməni hərbçi məhv edilib"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN: "Üç deyil, 20 erməni hərbçi məhv edilib"

Qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a daxil olan məlumatda bildirilir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcəkdir.

Xatırladaq ki, erməni mediası bu gün təmas xəttində baş verən toqquşmalarda üç erməni hərbçinin - 1996-cı il təvəllüdlü Akop Xaçatryan Qaqikoviç, 1995-ci il təvəllüdlü Eduard Ayrapetyan Qaqikoviç və 1996-cı il təvəllüdlü Arşak Arutunyan Karenoviçin - öldüyü, 4 əsgərin isə yaralandığı barədə məlumat yayıb. Qarabağ separatçılarının yaydığı xəbərdə yaralanan 4 əsgərdən birinin vəziyyətinin kritik olduğu bildirilir.

Tarix
2015.03.19 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi...

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla