Masallının iki kəndində qaz olmayacaq
18:16
| Ana səhifə Planet |
|
İtaliyanın Napoli şəhərində kilsəni ziyarət edən Roma Papası Fransisk rahibələrin "hücum"una məruz qalıb.
Axar.az xəbər verir ki, ziyarət zamanı Papa Fransisk güc-bəla ilə rahibələrin rəğbətindən qurtulub. Papa ilə görüş üçün monastırdan çıxmalarına icazə verilən rahibələrin həyəcandan əl-ayaqları bir-birinə dolaşıb.
Vəziyyətin belə olduğunu görən Kardinal Sepe mikrofonla rahibələrin sakitləşmələri barədə xəbərdarlıq edib:
"Bu rahibələr hələ monastıra qapanmış olanlarıdır. Siz bir də digərlərini düşünün, sanki Papanı yeyəcəklər".
Onun bu sözləri həm Roma Papasını, həm də digər şəxsləri güldürüb.
|
Tarix
2015.03.23 / 15:45
|
Müəllif
Əli Taleh
|