Yuxarı

Şok iddia: İsrail İran ilə müzakirələri dinləyib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok iddia: İsrail İran ilə müzakirələri dinləyib

ABŞ-ın "Wall Street Journal" qəzeti qalmaqallı iddia ilə çıxış edib.

Axar.az xəbər verir ki, dərgi İsrailin casusluq edərək İranla aparılan nüvə silahı müzakirələrini dinlədiyi və əldə etdiyi məlumatları ABŞ Konqresi üzvlərinə ötürdüyünü iddia edib.

Qəzet Ağ Evdəki mənbələrinə əsaslanaraq İsrail ehtimal olunan nüvə müqaviləsinə qarşı tezisini gücləndirmək üçün casusluq etdiyini bildirib:

"İsrail müzakirələrdə və görüşlərdə iştirak edən diplomatları hələ 2014-cü ildən nəzarətə götürüb. ABŞ xüsusi xidmət orqanları İsrailin göndərdiyi məktubları ələ keçirəndə, Ağ Ev casusluq əməliyyatından xəbər tutdu. İsrail rəsmilərinin bölüşdüyü məlumatlar yalnız bağlı qapılar arxasında danışılan məlumatlar idi".

Bu xəbər yayıldıqdan sonra Vaşinqton da narahatlıq keçirib. Qəzetin verdiyi məlumata görə, xəbərdə ABŞ rəsmilərini narahat edən əsl məsələ casusluq fəaliyyətindən əldə edilən məlumatlardan mümkün anlaşma ehtimalını zəiflətmək məqsədilə istifadə oluna bilər.

İsrail tərəfi isə yayılan xəbərlərə münasibət bildirərək iddiaların tamamilə əsassız olduğunu bildirib.

BBC-ə açıqlama verən israil rəsmilərindən birinin sözlərinə görə, bu iddialar əsassızdır: "İsrail dövləti ABŞ və ya digər müttəfiqlərinə qarşı heç vaxt casusluq fəaliyyəti göstərə bilməz. Bu əsassız iddialar iki ölkə arasında mövcud olan yoldaşlıq münasibətlərinə xələl gətirmə məqsədi daşıyır".

Tarix
2015.03.24 / 15:23
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla