Yuxarı

Qəzaya uğrayan təyyarə ilə bağlı şok iddia - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya uğrayan təyyarə ilə bağlı şok iddia - Foto

Almaniyada Düsseldorf Prokurorluğu "Germanwings" təyyarəsinin qəzaya uğramasında günahkar hesab olunan köməkçi pilotun psixoloji problemləri olduğunu və bunu şirkətdən gizlətdiyini müəyyən edib.

Axar.az "BBC"ə istinadən xəbər verir ki, prokurorluq 28 yaşlı Lubitzin psixoloji problemlərinə görə ciddi müalicə aldığını ortaya qoyan sənədlər aşkar edib.

Hakim Ralf Herrenbruek Lubitzin hadisə baş verən gün həkimdən alınan sənədi evində cırılmış vəziyyətdə tapdıqlarını açıqlayıb. Prokuror həmçinin qeyd edib ki, pilot öz xəstəliyini rəhbərliyindən və iş yoldaşlarından ciddi şəkildə gizlədirmiş.

Mənbənin verdiyi məlumata görə, Lubitzin evində aparılan axtarışlar zamanı heç bir intihar məktubuna və ya dini, siyasi ultimatum rast gəlinməyib.

Qeyd edək ki, Almaniya polisi bu gün Lubitzin evində axtarışlar aparıb. Pilotun əşyalarını müsadirə edib, iki fərqli ünvanda aparılan axtarışlar zamanı Lubitzin kompüteri də daxil olmaqla bir neçə əşyası polis tərəfindən götürülüb.

"Germanwings" hava yollarına aid olan təyyarənin qara qutusundan çıxan məlumatlar Lubitzin idarə panelinin qapısını kilidlədiyini, bilərəkdən təyyarənin qəzaya uğramasına səbəb olduğunu göstərir

Tarix
2015.03.27 / 17:28
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla