Yuxarı

ABŞ təbliğatı: Əsəd ölkədən qaçır?..

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ təbliğatı: Əsəd ölkədən qaçır?..

Bəşər Əsədin Suriyada 9 il davam edən vətəndaş müharibəsindən sonra istefa verməsi məsələsinə ehtiyatlı yanaşmaq lazımdır. Çünki Əsədin Suriyada nüfuzu heç də düşünüldüyü kimi zəif deyil. Digər tərəfdən, İran və Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyi Əsədin hələ uzun illər hakimiyyətdə qalması üçün bəs edir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli son günlər Suriya Prezidenti Bəşər Əsədin istefa verərək Yaxın Şərqdəki ölkələrdən birinə üz tutacağına dair yayılan iddialar haqda danışarkən deyib. O bildirib ki, Bəşər Əsədin istefa verməsi fonunda yayılan xəbərlər regionda ABŞ-ın maraqlarına xidmət edir:

“ABŞ-da qarşıdan prezident seçkiləri gəlir. Bu mənada Tramp ilin əvvəllərində İraq və Suriyadan qoşunların böyük bir qismini geri çəkib. Yəni regionda istənilən prosesdə ABŞ günahkar göstərilməyəcək. Lakin Əsədin istefa verməsi istiqamətində yayılan xəbərlər onu göstərir ki, rəsmi Vaşinqton regionda ciddi təbliğat aparır və bu tip şayiələrlə Suriya liderinin həm ölkə daxilindəki tərəfdarlarında, həm də Rusiya, İran kimi xarici müttəfiqlərində sual yaradır. Məntiqlə yanaşsaq, heç kəs qaçmağa hazırlaşan bir lideri dəstəkləməz. Bu, ciddi bir manipulyasiyadır”.

Politoloqun sözlərinə görə, Bəşər Əsəd İran və Rusiyanın Yaxın Şərqdə təsir mexanizminin əsasını təşkil edir:

“İran üçün Suriyanın başında şiə ideologiyalı bir liderin olması regionda apardığı “Şiə hilalı” siyasəti üçün hər zaman vacib komponent olub. Rusiyanın regionda hərbi-siyasi varlığı Bəşər Əsəd faktoruna dayanır. ABŞ İran və Rusiya üçün Əsədin nə dərəcədə vacib olduğunu bilir. Əsəd hakimiyyətdən getsə, bu, Rusiya və İranın da regiondan tədricən çıxması deməkdir”.

Q.Hüseynli qeyd edib ki, Bəşər Əsəd istefa versə belə, gedəcəyi yalnız iki ölkə var:

“Bəşər Əsədin sığına biləcəyi dövlət çox azdır, çünki xeyli insanın qanına bais olub. Bu mənada onun hansısa Yaxın Şərq ölkəsinə sığınacağını düşünmürəm. Əsəd ya İrana, ya da Rusiyaya sığına bilər”.

Tarix
2020.07.02 / 14:21
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla