Yuxarı

“Azəristiliktəchizat”ın bu quruma 35 milyon borcu var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəristiliktəchizat”ın bu quruma 35 milyon borcu var

Hazırda Azəristiliktəchizat ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə əvvəlki illərdən qalan borcu təxminən 35 milyon manat təşkil edir.

Axar.az xəbər verir ki, bunu Report-a "Azəristiliktəchizat"ın sədri İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, 2025-ci ildə səhmdar cəmiyyətinin istifadə etdiyi təbii qazın dəyərinin 91%-i artıq ödənilib:

"Bu, qiymət artımından əvvəl, əvvəlki illərdə formalaşmış borcdur. Cari ildə isə yeni borcun yaranması gözlənilmir".

Sədr qeyd edib ki, artıq "Azəriqaz"la birgə borcların inventarizasiyası aparılıb və 35 milyon manat məbləğində borcun rəsmi şəkildə təsdiqlənməsi başa çatıb:

"Bu ilin sonuna qədər 33 milyon kubmetr təbii qaz istifadə etməyi və onun dəyərini tam şəkildə ödəməyi planlaşdırırıq".

İ.Mirzəliyev vurğulayıb ki, rəhbərlik etdiyi qurumun "Azəriqaz"a borc məsələsi son iki ildə praktiki olaraq gündəmdə deyil:

"Tarif artımı nəticəsində gəlirlərimizin artması "Azəriqaz" qarşısında öhdəliklərimizi tam yerinə yetirməyə imkan yaradacaq. Xərclərimizin təxminən 60%-i qazla bağlıdır. Artıq "Azəriqaz"la müzakirələr aparılıb, razılaşma protokolu imzalanıb və öhdəliklər götürülüb. İnanırıq ki, 2025-ci ildə ilk dəfə olaraq "Azəristiliktəchizat" istehlak etdiyi təbii qazın dəyərini tam, yəni 100% həcmdə ödəyə biləcək".

Tarix
2025.10.17 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla