Yuxarı

Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir.

Axar.az xəbər verir ki, bunu Report-a Azəristiliktəchizat ASC-nin sədri İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir: "Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik".

İ. Mirzəliyevin fikrincə, istilik sayğacları qaz, su və elektrik sayğacları kimi sadə deyil: "Onların quruluşu və idarə edilməsi daha mürəkkəbdir. Mənzillərə gələn istilik bir nöqtədən deyil, bir neçə boru xətti ilə ötürülür. Bu səbəbdən hər otağın batareyasına ayrıca sayğac qoymaq texniki və inzibati baxımdan çətindir. Belə halda hər ay mənzillərə daxil olaraq sayğac göstəricilərini oxumaq, müdaxilələrin qarşısını almaq da problem yaradır. Buna görə də biz mərhələli şəkildə hərəkət etməyi planlaşdırırıq".

O qeyd edib ki, ilk mərhələdə qeyri-əhali abonentləri, yəni məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalar üzrə sayğacların quraşdırılmasını nəzərdə tutulur:

"Bu obyektlərdə enerji bir nöqtədən daxil olduğu üçün texniki baxımdan sayğac yerləşdirmək mümkündür. Əhali abonentləri üçün isə artıq pilot layihə həyata keçirilir: 60 istilik sayğacı alınıb və bir hissəsi quraşdırılıb. Bu mövsümdə həmin sayğacların iş prinsipi və nəticələri təhlil ediləcək. Yekun qiymətləndirmədən sonra yaşayış binalarında da mərhələli şəkildə sayğac quraşdırılması məsələsi gündəmə gətiriləcək. Burada bir mühüm hüquqi məqam da var - sayğacın bir tərəfi təchizatçı ("Azəristiliktəchizat"), digər tərəfi isə istehlakçı olmalıdır. Amma çoxmənzilli binalarda hələ MMMC-lər tam formalaşmadığı üçün binalarda kim bu tərəfi təmsil edəcək, bu məsələ aydın deyil".

Bütün bunlara baxmayaraq, qurum rəhbəri deyir ki, proses davam etdirilir:

"Pilot layihənin nəticələrinə əsasən, hökumətə konkret təkliflər paketi təqdim olunacaq. Sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və "Azəristiliktəchizat"ın hesabına, qeyri-əhali abonentləri üçün isə öz vəsaitləri hesabına həyata keçiriləcək".

Tarix
2025.10.17 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla