Ana səhifə Planet |
İraqın müxtəlif şəhərlərində həyata keçirilən hücumlar nəticəsində 27 nəfərin öldüyü, 39-nun yaralandığı bildirilib.
Təhlükəsizlik qaynaqlarından verilən məlumata görə, Əl-Enbar şəhərində 4 polis məmuru məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb. Hücumu həyata keçirən 2 nəfər həbs edilib.
"Axar.az"ın əldə etdiyi məlumata görə, Kərkük şəhərinin Ət-Tarikiye əyalətində bəzi evlərə şəxsiyyəti hələ də müəyyən edilməyən şəxslər basqın edib. Təcavüzkarlar evdən zorla çıxardığı 6 nəfəri edam edib.
Şəhərin qərbində keçirilən bombalı hücum nəticəsində isə İraq ordusunda xidmət edən bir komandir həyatını itirib, yaralanan digər komandir xəstəxanaya yerləşdirilib.
Səlahəddin əyalətində hərbi hakim Əhməd Əl-Batavinyə də məruz qaldığı silahlı hücumun ardından yerləşdirldiyi xəstəxanada ölüb. Hücumda Batavinyənin 3 mühafizəçisi və katibi yaralanıb.
Bu gün Enbar şəhərində hərbi birliyə edilən bombalı hücumda isə 15 əsgər ölüb, 34-ü yaralanıb.
Tarix
2013.12.22 / 10:31
|
Müəllif
Pərviz Həsənov
|