Yuxarı

Mustafa Şəntop yenidən TBMM sədri seçildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafa Şəntop yenidən TBMM sədri seçildi

Mustafa Şəntop iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Axar.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinə ikinci dövr üçün parlamentdə təşkil olunan səsvermə ilə qanunvericiliyə uyğun olaraq 27-ci çağırış yeni sədr vəzifəsi uğrunda beş namizəd mübarizə aparıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun adını vahid namizəd olaraq irəli sürüblər. Səsvermədə əsas mübarizə AKP-dən olan millət vəkili Mustafa Şəntop ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Haluk Koç arasında olub.

Səsvermənin birinci turunda rəqiblərindən irəlidə olan Mustafa Şəntop 324 səs toplasa da, bu göstərici tələb olunan 400 səsdən aşağı olduğu üçün səsvermənin ikinci turu keçirilib. İkinci turda da eyni hüquqi vəziyyət yaranıb. Nəhayət, üçüncü tur səsvermədə Mustafa Şəntop 328 səslə rəqiblərini geridə buraxmaqla deputatların etimadını qazanaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun parlament üzvləri qarşısında təbrik çıxışı dinlənilib.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şəntopun parlament sədri kimi səlahiyyət müddəti başa çatmışdı.

Tarix
2020.07.07 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bayramov Koşerbayevi qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla