Yuxarı

Pakistanlıdan ABŞ-a iddia: 20 milyard istəyir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanlıdan ABŞ-a iddia: 20 milyard istəyir!

Pakistanın Lahor şəhərindəki mülki məhkəmədə ABŞ hökumətinə qarşı COVID-19 virusunun yayılması ilə bağlı iddia qaldırılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, daha əvvəl koronavirusdan sağalmış Rəza Əli adlı iddiaçı ABŞ hökumətinin Pakistanda və bütün dünyada COVID-19-un geniş yayılmasına, onun özünə, ailəsinə və ölkəsinə böyük zərər vurmasına məsuliyyət daşıdığını irəli sürərək 20 milyard ABŞ dolları həcmində təzminat tələb edib.

Məhkəmədə iddianı rəsmiləşdirən vəkil Vasim Yusif Xanın dediyinə görə, ABŞ-ın Lahordakı baş konsulunu, həmçinin müdafiə katibini cavabdeh göstərən iddiaçı ailə üzvlərinin koronavirus üzündən əziyyətlərə düçar olduğunu, səhhətlərinə ziyan dəydiyini və bundan belə artıq sağlam həyata qayıtmalarının mümkün olmadığını bildirib.

İddiaçının fikrincə, virusun dünya boyu geniş yayılmasının səbəbi cavabdehlərin beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməyərək milyardlarla insanın həyatını təhlükəyə atmalarıdır.

Mülki hakim Kamran Kəramət cavabdeh şəxslərə xəbərdarlıq göndərərək avqustun 7-dək iclasa gəlmələrini bildirib. Həmçinin sözügedən iddiaya dair qərar verilənədək ABŞ-ın Lahordakı baş konsulunun ölkəni tərk etməməsi barədə hüquqi rəy bildirilib.

Tarix
2020.07.09 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Xocalı ilə bağlı paylaşım

Prezident Xocalıda Xanabadı ziyarət etdi

Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Tolikə yüksək vəzifə verildi

Terror təşkilatları ilə əlaqəli dəstənin məhkəməsi başladı

Prezident Xocavənddə təndir çörəyinin dadına baxdı - Video

Bundan sonra heç kim bizə qarşı... - Prezident

İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi

Daha bir qrup ukraynalı uşaq Bakıya gəldi

Prezident, xanımı və qızları Xocavənd sakinləri ilə görüşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla