Yuxarı

Lukaşenko: Rus muzdlular İstanbula getmirdi, burada...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko: Rus muzdlular İstanbula getmirdi, burada...

Minsk saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskvaya əlavə informasiya verməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz yalanla siyasət qurmuruq. Media üzərindən bir-birimizə qışqırmaqla problem həll olunmaz. Biz heç nə gizlətmirik, amma bizə həqiqət lazımdır”, - Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, rus muzdlular heç də Moskvanın dediyi kimi, İstanbula uçmaq istəməyiblər:

“Onlar müxtəlif məqsədlər üçün Belarusa gəliblər”.

Buna baxmayaraq, Lukaşenko saxlanılanlara qarşı diqqətli olmağı tapşırdığını bildirib:

“Onlar əlbəttə günahkardırlar, ancaq bu o demək deyil ki, saxlanılanlara qarşı sərt tədbirlər görülməlidir. Onlar əsgərdir. Əmr ediblər, onlar da gəlib. Onlara əmr verən və bura göndərən tapılmalıdır”.

Qeyd edək ki, Belarus “Vaqner” qrupunun 33 üzvünü saxlayıb. Minskin iddiasına görə, 200-dən çox rusiyalı muzdlu Belarusda çevriliş həyata keçirmək niyyəti ilə ölkəyə gəlib. Digərlərinin yaxalanması istiqamətində tədbirlər davam edir.

Rusiya isə bu ittihamı rədd edib və “Vaqner” qrupu üzvlərinin Belarusdan tranzit ölkə kimi istifadə etdiklərini açıqlayıb.

Tarix
2020.08.02 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla