Yuxarı

Seçki böhranı: Tiflisdə müxalifətin birliyi dağılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçki böhranı: Tiflisdə müxalifətin birliyi dağılır

Gürcüstandakı parlament seçkisinə 3 ay qalmış müxalifət partiyalarının yaratdığı Güc Birlikdədir koalisiyasından qopmalar başlayıb.

Axar.az xəbər verir ki, Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze artıq koalisiyadan ayrıldığını elan edib. Son prezident seçkisində aktiv iştirakçı kimi koalisiyanın namizədi Qriqol Vaşadzeni müdafiə edən Georgi Vaşadze ilə bərabər, koalisiyanı Qanun və Ədalət Partiyası da tərk edib. Hər iki partiya birgə Aqmaşenebeli Strategiyası Platforması yaradaraq seçkiyə gedəcəklərini açıqlayıblar. Vaşadze isə hədəfinin Gürcüstanın baş naziri olmaq olduğunu bildirib.

Maraqlı məqam isə Vaşadzenin koalisiyadan “Edison Risöç” şirkətinin Gürcüstanda keçirdiyi sorğunun nəticələrini açıqlamasından sonra ayrıldığını elan etməsi olub. Belə ki, bu sorğuya əsasən, respondentlərin 59%-i növbəti seçkidə yeni partiyaların qələbə qazanmasını istədiklərini söyləyiblər. Üstəlik sorğuda respondentlər daha çox Vaşadzenin partiyasına güvəndiklərini deyiblər.

Güc Birlikdədir koalisiyasının üzvü olan Vahid Milli Hərəkat Partiyası Georgi Vaşadzenin addımını kəskin tənqid edib. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə Vaşadzenin qaranlıq tərəfə keçdiyini bildirib. O, baş verənləri Bidzina İvanişvilinin oyunları adlandırsa da, Vaşadze və İvanişvili arasında razılaşmanın olub-olmamasına dəqiq cavab verməyib.

Vaşadzenin Saakaşviliyə cavabı da gecikməyib. Gənc siyasətçi qaranlıq tərəfdə qalib gələcək qüvvə olduqlarını deyib.

Qeyd edək ki, Gürcüstandakı parlament seçkisi oktyabrda keçiriləcək.

Tarix
2020.08.03 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla