Yuxarı

Türkiyə hazırdır, Qərbin “ərköyün uşağı” isə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə hazırdır, Qərbin “ərköyün uşağı” isə…

Yunanıstan beynəlxalq qanunları pozaraq etdiyi hərəkətlərlə Qərbin “ərköyün uşağı” fikrini formalaşdırır.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi Səlim Gökçən deyib.

“Türkiyə heç bir şərt olmadan Yunanıstanla kontinental şelf məsələsini, adalar, hava məkanı, qazma işlərini, Şərqi Aralıq dənizi və digər ikitərəfli mövzuları danışmağa hazır olduğunu deyib. Yunanıstan isə sadəcə kontinental şelf və dəniz sərhədləri məsələlərinin müzakirəsində maraqlıdır. Açığı, Yunanıstan iki ölkə arasındakı gərginliyin davam etməsinin tərəfdarıdır. İrəli sürülən həll variantının onların maraqlarına uyğun olmayacağını düşünürlər”, - S.Gökçən bildirib.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə və Yunanıstan arasındakı problem sadəcə Egey dənizindəki kontinental şelf məsələsindən ibarət deyil:

“Bölgədə yerləşən qayalıqlar, adacıqlar və adaların Lozanna müqaviləsinin əksinə olaraq silahlandırılması Türkiyə üçün problem yaradır. Bundan başqa, Kipr məsələsi, Qərbi Trakyada yaşayan türklərin statusu və digər problemlər iki ölkə arasında hər zaman davam edib. Yunanıstan beynəlxalq qanunları pozaraq etdiyi hərəkətlərlə Qərbin “ərköyün uşağı” fikrini formalaşdırır. AB və Qərbin tarix boyu Yunanıstanın Türkiyə əleyhinə təşəbbüslərə dəstək verməsi bu münasibətin əsas səbəbidir”.

Tarix
2020.08.05 / 16:03
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla