Yuxarı

5 ölkədən Honkonq bəyanatı: Narahatıq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya xarici işlər nazirləri Honkonqdakı antidemokratik proseslərə görə narahatlıq keçirdiklərini bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin birgə bəyanatında qeyd edilib.

"Honkonq rəhbərliyi müxalifət nümayəndələrini seçkilərdən haqsız şəkildə uzaqlaşdırır və seçkiləri təxirə salır. Biz bu durumdan narahatıq. Seçkilər insanların demokratik hüquqlarının qorunduğu bir şəraitdə keçirilməlidir", - bəyanatda bildirilib.

Qeyd edək ki, Honkonq rəhbəri Kerri Lam sentyabrın 6-da keçirilməsi planlaşdırılan Qanunvericilik Şurasına seçkilərin 1 il müddətinə təxirə salındığını açıqlayıb.

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla