Yuxarı

ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı

Rusiyanın koronavirus əleyhinə peyvəndi ABŞ-ın bu sahədə apardığı təcrübələrdən belə geri qalır və olduqca az müddətdə testdən keçirilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidentinin köməkçisi Kellina Konnuey səsləndirib.

Konnuey Rusiyanın bununla bağlı tətbiq etdiyi standartları sərt şəkildə tənqid edib. O, ABŞ-ın bu məsələdə daha məsuliyyətli davrandığını söyləyib.

“Bizim laboratoriya sınaqlarının 3-cü mərhələsində olan 6 potensial peyvəndə malikdir”, - deyə o bildirib.

Prezident Donald Tramp da peyvəndin bu ilin noyabr ayının 3-nə təyin olunan prezident seçkilərinə qədər hazır olacağını vəd edib. Doğrudur, bir çox ekspertlər prezidentin bu məsələyə əl uzatmasından heç də məmnun deyillər. Onlar Trampın seçkilər naminə əczaçı şirkətləri tələsdirərək, peyvəndin keyfiyyətinin aşağı düşməsinə səbəb olacağından ehtiyat edirlər.

Hətta Rusiya əczaçıları da rəsmi Moskvanı bu məsələdə tələsməməyə çağırır, peyvəndin qeydiyyatının başqa tarixə ertələnməsini istəyirlər. Onların rəyinə əsasən, Rusiya peyvəndinin hansı keyfiyyətdə olduğu hələ məlum deyil.

Bununla bağlı Rusiyanın Klinik araşdırmalar üzrə təşkilatlar assosiasiyası yazılı şəkildə prezidentə müraciət edib.

Qeyd etmək lazımdır ki, bəhs olunan təşkilata “Bayer”, “AstraZeneca”, “Novartis” kimi iri əczaçılıq firmaları da daxildir.

Sənəddə Rusiyanın peyvəndlə bağlı sınaqlarında 100 nəfərdən az adamın iştirak etdiyi vurğulanıb. Halbuki 3-cü mərhələdə preparat ən az 1000 nəfərin üzərində sınanılmalı idi. Bu fazada təkcə peyvəndin keyfiyyəti deyil, həmçinin onun zəif immunitetə malik və xroniki xəstəlik daşıyan insanlara təhlükə törədib-törətmədiyi yoxlanılır.

Tarix
2020.08.11 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla