Yuxarı

ABŞ Rusiyadan rekord həcmdə neft aldı – Şok səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın neft istehlakçılarının son 16 ilin ən böyük neft alışını etməsi, şübhəsiz ki, real fyuçers bazarı ilə spot bazarı arasında ciddi qiymət fərqi yaradır. Bu isə neft qiymətləri üçün təhlükədir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın cari ilin ilk altı ayında ABŞ-a 2,2 milyard dollarlıq 9 milyon tondan çox neft məhsulu göndərməsi haqda danışarkən deyib. O bildirib ki, 2020-ci ilin ilk yarısında ABŞ-a göndərilən neft məhsullarının həcmi Rusiyanın ümumi neft məhsulları ixracının 12%-ni təşkil edib:

“Düşünürəm, bir müddət öncə Səudiyyə Ərəbistanının neft satışında kampaniya elan etməsi Rusiyanın da bənzər bir kampaniya ilə cavab verməsinə gətirib çıxardı. Rusiyanın “Ural” markalı nefti tərkibində qurğuşun elementinin çox olması səbəbindən daha ağırdır. ABŞ-ın bəzi neft emal edən zavodları ağır neftə hesablanmış qurğulardan istifadə edir. Bu zavodlar əvvəllər nefti Venesueladan alırdılar, lakin ABŞ-ın bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsindən sonra “Ural” neftinin alınması prosesi geniş vüsət aldı.

Təbii ki, Rusiya da bu fürsətdən istifadə edərək öz neftini xüsusi kampaniya və endirimlərlə ABŞ istehlakçılarına təqdim etdi. Məhz bu səbəbdən son 16 ilin ən çox neft satışı baş tutub. Onu da qeyd edim ki, ABŞ-da neft satışı və alışını istehlakçılar müəyyən edir. ABŞ heç vaxt bu satışa qarışmır”.

N.Cəfərli vurğulayıb ki, ABŞ-ın son 16 ilin ən böyük neft tədarükünü həyata keçirməsi pandemiyanın ikinci dalğasına hazırlıqdır:

“Pandemiyanın ikinci dalğasının gəlməsi ilə bağlı xəbərlər yayılıb. Buna görə də ABŞ-ın neft istehlakçıları bu mənada mövcud anbarları dolduraraq, daxili bazarın tələblərini indidən qarşılamağı planlaşdırır”.

Tarix
2020.08.12 / 14:14
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla