Yuxarı

Qərb liderləri nədən Moskvaya gəlmir? – Rus iddiası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb liderləri nədən Moskvaya gəlmir? – Rus iddiası

Qərb liderlərinin 9 Mayda Qələbə günü münasibətilə Moskvaya gəlmək istəmədikləri rus mətbuatında çoxsaylı iddiaların yayılmasına səbəb olub. Sözügedən məsələ ilə bağlı "Skeptimist" onlayn jurnalında dərc olunan yazıda maraqlı bir iddia yer alıb.

Axar.az həmin yazını təqdim edir:

"Qərb liderlərinin Qələbə günü münasibətilə Moskvada keçiriləcək tədbirdə iştirak etməkdən boyun qaçırmaqları bizə bir çox şeyi xatırlatdı: SSRİ-nin üzərinə təkcə Hitler Almaniyası deyil, bütün Avropa kontinenti hücum etmişdi.

1. Hitlerin ordusunda Avropanın bütün xalqlarının nümayəndələri təmsil olunmuşdu.

2. 1941-ci ildə bütün Avropa Almaniyaya müharibə tədarükü görməsi üçün kömək edirdi.

1941-ci ilin iyun ayının 22-dən 1945-ci il sentyabrın 2-nə qədər SSRİ-nin Hitler ordusundan əsir götürdüyü şəxslərin siyahısı belədir:

Almanlar – 2 389 560

Yaponlar – 639 635

Macarlar – 513 767

Rumınlar – 187 370

Avstriyalılar – 156 682

Çexlər – 69 977

Polyaklar – 60 280

İtalyanlar – 48 957

Fransızlar – 23 136

Yuqoslavlar – 21 822

Moldovanlar – 14 129

Çinlilər – 12 928

Yəhudilər – 10 173

Koreyalılar – 7785

Hollandlar – 4729

Finlər – 2377

Belçikalılar – 2010

Lüksemburqlular – 1652

Danimarkalılar – 457

İspanlar – 452

Qaraçılar – 383

Norveçlilər – 101

İsveçlilər – 72

Əlbəttə ki, bu, ümumi mənzərə deyil. Axı əvvəllər onlar bu barədə susurdular. SSRİ rəhbərliyi Avropadakı qonşularına qarşı iddia qaldırmırdı ki, beynəlxalq münasibətlərə xələl gəlməsin. Lakin indi Rusiyanın Avropada işğalçı kimi qələmə verildiyi, İkinci Dünya Müharibəsinin günahkarlarından biri kimi təqdim olunduğu bir vaxtda sözügedən ölkənin bu məsələləri qabartmağı məqsədəuyğun görünür.

Tarix
2015.04.15 / 14:54
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla