Yuxarı

Avropa Parlamentindən gözlənilməz qərar: "soyqırım" tanındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentindən xain qərar - "erməni soyqırımı" tanındı.

Avropa Birliyinə daxil olan ölkələr 24 apreli "erməni soyqırımı" günü kimi qeyd edəcək; Türkiyəyə də müraciət olundu: "Sən də tanı!"

Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə "erməni soyqırımı" günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib. BBC xəbər verir ki, parlament müzakirələrini Xarici İşlər Komitəsinin sədri Elmar Brok açıb: "Həmin dönəmdə 1 milyondan çox erməni həyatını itirib. Biz onları unutmamalıyıq. O insanların öldürüldüyünü unutmamalıyıq. Bu bir soyqırımdır".

Avropa Xalqları Partiyasının (European People's Party) rumıniyalı deputatı Preda Kristian Dan da çıxışında Türkiyənin "soyqırımı qəbul etməsinin erməni və türk xalqları arasında uzlaşmanın" təmin olunması üçün vacib olduğunu deyib.

Avropalı Mühafizəkarlar və İslahatçılar qrupundan belçikalı Mark Demesmaeker də parlamentarları gündəlikdəki məsələsinin lehinə səs verməyə çağırıb: "Bu türk xalqına, ya da Türkiyə liderlərinə qarşı deyildir. Sadəcə, tarixi doğru tanımağa yönəlik addımdır".

Oturumda söz alan portuqaliyalı xristian-demokrat Paulo Rangel Prezident Rəcəb Tayyip Ərdoğanın Papa Fransisko haqqında dediklərini də tənqid edib: "Papaya xaç atası kimi müraciət edə bilməzsiniz".

Çıxışlardan sonra sənəd müzakirəyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Qərar Türkiyədə bomba effekti verib. Sərt və kəskin təpkilər var. Prezident Ərdoğan qərarın qəbuluna saatlar qalmış demişdi ki, AP nə qərar versə, bizim bir qulağımızdan girər, digərindən çıxar.

Türkiyə Xarici İşlər Nazirliyi AP-nin bu qərarına kəskin reaksiya verib. Orada bildirilir ki, Avropa Parlamenti xətaya yol verib: "Avropa Parlamenti qəbul etdiyi bu qərarla bir zamanlar beynəlxalq hüquqa zidd olaraq və səlahiyyət həddini aşaraq həyata keçirdiyi xətanı təkrarlayıb".

Xatırladaq ki, martın 12-də Avropa Parlamentinin qəbul elədiyi ənənəvi "Dünyada insan haqları və demokratiya" adlı illik sənəddə Avropa Birliyi ölkələrinə (onların əksəriyyəti bu addımı atmayıb – red.) saxta soyqırımı tanımaq çağırışı yer alıb.

Avropa Parlamentinin özü isə saxta "genosidi" hələ 1987-ci ildə, Fransanın təşəbbüsü ilə tanıyıb. Bu gün sadəcə, bir daha bu məsələ ilə bağlı qurum öz mövqeyini ortaya qoydu, daha da irəli gedib, 24 apreli "genosid günü" kimi rəsmiləşdirdi.

Tarix
2015.04.15 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla