Yuxarı

Səfir: Türkiyənin casuslara ehtiyacı yoxdur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfir: Türkiyənin casuslara ehtiyacı yoxdur

Türkiyənin öz vətəndaşlarını Avstriyada casusluğa cəlb etməyə ehtiyacı yoxdur və bu barədə iddialar əsassızdır.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun bu ölkənin Federal Daxili İşlər naziri Karl Nehammerin iddialarına cavab olaraq bildirib.

Səfir “Puls 4” telekanalına verdiyi müsahibədə Avstriyanın rəsmi qurumlarının mövqeyini sərt tənqid edərək, Türkiyəyə qarşı iddiaları əsassız hesab edib, qarşı tərəfi belə iddialarla bağlı birgə araşdırmalardan yayınmaqda təqsirləndirib. İddialarla əlaqədar nə səfirliyə, nə də Türkiyə Xarici İşlər Nazirliyinə heç bir rəsmi müraciətin daxil olmadığını diqqətə çatdıran diplomat Avstriya tərəfinin konkret faktlara deyil, bir və ya bir neçə nəfərin iddialarına əsaslandığını ifadə edib.

Səfir Ozan Ceyhun müsahibəsində qeyd edib ki, müasir dövrdə PKK terror təşkilatına rəğbət bəsləyən və ya hökumətə qarşı çıxan şəxsləri müəyyənləşdirmək üçün hansısa metodlara gərək belə yoxdur. Sosial media kanallarının geniş yayıldığı indiki zəmanədə hər kəs öz mövqeyini açıq şəkildə bəyan edir və kimin nə etdiyi hamıya məlumdur. Bundan başqa, Türkiyənin Avstriyada casusluq fəaliyyəti həyata keçirmək və iddia olunduğu kimi, cəmiyyətdə parçalanma yaratmağa nə marağı, nə də səbəbi var.

Türk diplomat Avstriyanın hüquq-mühafizə orqanlarının ayrı-ayrı şəxslər tərəfindən irəli sürülən iddialara əsaslanaraq, bu fikirlər əsasında ittiham irəli sürməsinin təəccüb doğurduğunu bildirib. O, iki dövlət arasında indiyədək bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini vurğulayıb, bu kimi ehtimalların və iddiaların qarşılıqlı əməkdaşlıq müstəvisində həll edilməli olduğunu söyləyib.

Qeyd edək ki, Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında Türkiyə xüsusi xidmət orqanlarının bu ölkədə yaşayan türk əsilli şəxsləri casusluğa cəlb etməkdə və onların vasitəsilə hökumətə müxalif şəxslər barədə məlumatları toplamaq ittihamı ilə çıxış edib.

Tarix
2020.09.03 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla