Yuxarı

Bərdədə azyaşlı qız qaçırıldı - Ombudsman hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədə azyaşlı qız qaçırıldı - Ombudsman hərəkətə keçdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı növbəti dəfə məlumat yayıb.

Bu barədə Axar.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən dərhal nəzarətə götürülüb, o, şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb.

Eləcə də Ombudsmanın tapşırığı əsasında Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ailələr ziyarət edilib, məsələ yerində araşdırılıb.

"Nəticə olaraq həmin yetkinlik yaşına çatmayan şəxs Bakı şəhərində lazımi sosial reabilitasiya və psixoloji xidmətlərə yönləndirilib, hüquqlarının təmini nəzarətdə saxlanılır. Qeyd olunmalıdır ki, sosial və mənəvi-psixoloji mahiyyətə malik olan bu kimi məsələlər hər birimizin dəstəyini tələb edir. Müvəkkil yetkinlik yaşına çatmayan şəxsin maraqlarının təmin edilməsinə dəstək olan vətəndaşlara, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinə öz təşəkkürünü bildirir", - məlumatda bildirilib.

Tarix
2020.09.08 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla