Yuxarı

Basayevlə bağlı erməni zabitdən yeni şok açıqlama - Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Basayevlə bağlı erməni zabitdən yeni şok açıqlama - Özəl

"Şamil Basayevin dəstəsi həqiqətən Qarabağda olub".

"Axar.az" xəbər verir ki, bu məlumatı adının çəkilməsini istəməyən keçmiş erməni Qarabağ döyüşçüsü verib.

Mənbə Şamil Basayevin dəstəsinin Qarabağda təlim aldığını bildirib:

"Basayevin dəstəsi 90-cı illərdə Qarabağda idi. Biz onlara indi adını çəkməyə ixtiyarım olmadığı müxtəlif məxfi hərbi obyektlərdə təlimlər keçirdik. Orada olan uşaqlar çox həvəskar və qorxmaz idilər".

Mətbuat həmçinin təlim alan şəxslərin təkcə çeçenlərdən ibarət olmadığını yazıb:

"Onların aralarında çeçenlərdən başqa digər qafqazlılardan da nümayəndələr vardı. Dəstəyə hər şey haqqında təlimlər keçirdik. Onlar üçün Qarabağ daha təhlükəsiz idi, nəinki başqa yerlər. Həm də bizim relyefimizin də onlar üçün sərf edən üstünlükləri çox idi".

Qeyd edək ki, dünən "Stratfor"un baş analitiki Loren Qudriçin sözlərinə əsasən Basayevin dəstəsinin Qarabağda təlim keçməsi ilə bağlı məlumat yayılmışdı. O, çeçen müharibəsi zamanı Ş.Basayevin öz dəstəsinin üzvlərini Qarabağa təlim üçün göndərdiyini bildirmişdi.

Tarix
2013.12.27 / 22:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla