Yuxarı

Putinin yerinə o gələcək - Potapenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin vaxtından əvvəl hakimiyyətdən gedəcəyi ilə bağlı iddialar varis mövzunu yenə aktuallaşdırıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Vladimir Putinin hakimiyyətdən gedəndən sonra onu əvəz edəcək şəxs haqda iddialar həm Qərb, həm də Rusiya mediasında zaman-zaman gündəmə gələn mövzulardandır.

Prezident seçkilərinə hələ 3 il qalsa da, ötən ilin əvvəllərindən başlayaraq qəbul olunan bir sıra qanunlar, xüsusilə də eks-prezidentlərin və onların ailə üzvlərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisinin ömürlük üzvü olmaq hüququ verilməsi Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı mövzunu daha da aktuallaşdırıb.

Putini əvəz edə biləcək namizədlər arasında kimlər yoxdur ki? Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, indiki kənd təsərrüfatı naziri Dmitri Patruşev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin və s.

Ötən ay İsveçrə mətbuatı Putinin xələfləri sırasında Tula vilayətinin hazırki qubernatoru Aleksey Dyuminin şanslarından yazıb. Rusiya prezidentinin şəxsi mühafizə xidmətində olmuş Dyumin daha sonra bir sıra vəzifələrdə çalışıb. Qərb analitikləri onun namizədliyinin həm Rusiya vətəndaşlarının, həm də ölkə elitasının maraqlarına cavab verəcəyini qeyd edir.

Tanınmış rusiyalı iqtisadçı Dmitri Potapenko da mümkün varis planı haqda maraqlı versiya irəli sürüb. Məşhur iqtisadçı Yutub kanalında SPETS TV-yə verdiyi müsahibədə Rusiyanın gələcək prezidentinin portret cizgilərini belə təsvir edib: "İndi polkovniklərin (Putinə işarə edir) dövrüdür. Amma 3-4 ildən sonra yeni Yeltsin gələcək. Hazırda həmin şəxsin 45 yaşı var, polkovnikdir və orta vəzifədə işləyir. Belə bir yolla getdiyimiz çox kədərlidir. Deməli, qeyri-demokratlar hələ qarşıdadır”.

Xatırladaq ki, Vladimir Jirinovski bu yaxınlarda bildirib ki, əgər hazırkı Prezident Vladimir Putin beşinci dəfə seçilməsə, Kreml prezident seçkisinə 2024-cü ildə məlum olmayan namizəd irəli sürəcək.

Siyasətçi qeyd edib ki, onun əvvəllər Putinin mümkün varisləri adlandırdığı insanlar, sadəcə, ölkənin ali siyasi rəhbərliyinə daxildirlər və onlardan yalnız birinin namizədliyi nəzərdən keçirilə bilər.

“Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov isə mümkün varislər sırasında Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin daha çox şanslı olduğunu deyib. O, Putinin hər iki şəxsi ehtiyatda saxladığını bildirib.

“Narışkinin namizəd olmasını sübut edən əsas məqamlardan biri onun tam olaraq tənqiddən kənarda qalmasıdır”, - Venediktov fikrini belə əsaslandırıb.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də varis siyahısında olan şəxslərdir.

Tarix
2021.02.21 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla