Yuxarı

Ermənistan iki yerə parçalanacaq - Lepexin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan iki yerə parçalanacaq - Lepexin

Nikol Paşinyan “ən yaxşı müdafiə - hücumdur” deyərək, hazırda bu sxem üzrə hərəkət edir. Bununla o, qarşıdurmaların katalizatorlarından birinə çevrilir. Açığını desək, Ermənistan əsl siyasi dalana dirənib. Bir tərəfdən Nikol və onun komandası, digər tərəfdən “Qarabağ klanı”nın üzvləri. Hadisələrin ssenarisi isə Qərbdir.

Axar.az xəbər verir ki, bu barədə erməni nəşri “168.am”a açıqlamasında Avrasiya İqtisadi İttifaq İnstitutunun direktoru Vladimir Lepexin bildirib.

Onun sözlərinə görə, Ermənistan parçalanmış, qarşıdurma tərəflərindən heç birinin qələbə qazanmayacağı siyasi dalana dirənib:

“Tərəflərdən biri qəti addım atmağa qərar verməyincə Ermənistanda bu xaotik vəziyyət uzun müddət davam edə bilər. Müxalifət hələ də belə bir addım ata bilmir, Nikol isə ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendumdan narazılığını ifadə etmək qərarına gəlir. Təbii ki, müharibəni uduzan və hələ də müharibədə itkin düşmüş və yaralanmış şəxslərin adlarını aydınlaşdıra bilməyən ölkə üçün belə vəziyyət normal deyil.

Əsas faktor müxtəlif “Qərb güc mərkəzləri”dir. Bir tərəfdən onlar Paşinyan hökumətini dəstəkləyirlər, digər tərəfdən isə onu çaşdırırlar, öz çoxsaylı agentləri vasitəsilə bu hökumətdə spekulyasiya etməyə çalışırlar. Qərb Ermənistanı parçalayacaq. Bu ölkə iki yerə bölünəcək”, - deyə Lepexin vurğulayıb.

Tarix
2021.03.04 / 15:22
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla