Yuxarı

Müxalifət marixuana aksiyasına dəstək verdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müxalifət marixuana aksiyasına dəstək verdi - Foto

Gürcüstanda marixuana satışının leqallaşdırılması tələb olunur. Tiflisin hökumət evinin qarşını toplaşan yüzlərlə aksiyaçı marixuana istifadəsinə görə cinayət məsuliyyətinin ləğv edilməsinə səsləyiblər.

Axar.az xəbər verir ki, "Həbs etmə!", "Mən cinayətkar deyiləm!" şüarları altında keçirilən aksiya parlamentdə marixuanadan istifadənin dekriminallaşmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsindən əvvəl təşkil olunub.

"Biz hökuməti marixuanadan istifadəyə görə adamları həbsə atmamağa səsləyir və parlamentə təqdim edilən qanun layihəsini dəstəkləyirik", - aksiya təşkilatçılarından biri Lekso Macavariani bildirir.

Belə aksiyalar Gürcüstanda artıq 3 ildir ki, keçirilir. Hazırkı qanunvericilik marixuana da daxil olmaqla qeyri-satış məqsədilə az miqdarda narkotik maddələrin əldə olunması və istifadəsinə görə 500 lari (220 dollar) məbləğində cəriməni nəzərdə tutur. Qanunu bir il ərzində təkrarən pozan şəxs isə cinayət məsuliyyətinə cəlb olunur.

Marixuananın dekriminallaşdırılması ilə bağlı "2 iyun" hərəkatı 4 il əvvəl yaranıb. Lekso Maçavarianinin sözlərinə görə, bu müddət ərzində hərəkat qanunverciliyi dəyişdirməyə nail ola bilməyib. Lakin kampaniya nəticəsində ictimaiyyətin məsələyə münasibətində əhəmiyyətli dəyişiklik baş verib. Parlamentin müxalifətdən olan üzvləri bu qanun layihəsini dəstəkləyirlər. Hakim partiya və hökumətin bu məsələyə münasibəti isə birmənalı deyil. Ədliyyə nazirinin birinci müavini Aleksandr Baramidzenin sözlərinə görə, Gürcüstan hazırkı mərhələdə marixuananın dekriminallaşdırılmasına hazır deyil.

Tarix
2015.06.05 / 10:52
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi

İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi

6 nəfər prokurorluq orqanlarından xaric edildi

Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı

Bakının bu addımı ümid verir... - Mirzoyan

İrəvan sülh naminə düşünülmüş seçim edib - Mirzoyan

Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla