Yuxarı

AKP qərargahı önündə hüzr səssizliyi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKP qərargahı önündə hüzr səssizliyi - Foto

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri əsasında AKP-nin təkbaşına iqtidar ola bilməyəcəyi xəbəri iqtidar partiyası mənsublarını ciddi narahat edib.

Axar.az-ın Ankarada olan əməkdaşı xəbər verir ki, hakim AKP-nin parlamentdəki yerinin 319-dan 258-ə düşməsi, kürd HDP-nin minimal barajı aşması və 78 millət vəkili yerinə sahiblənməsi vəziyyəti dramatikləşdirib. Hazırda AKP-nin kiminlə koalisiyaya gedəcəyi sual altındadır.

CHP-çilər dünyəvi dövlət tərəfdarları ilə islamçı AKP-lilərin koalisiya qurmasının mümkünsüzlüyünü iddia edirlər. MHP-çilər də dövlətə xəyanət etdiyini iddia etdikləri AKP ilə koalisiyaya getməməkdə israrlıdırlar. Yalnız HDP-nin koalisiyaya gedəcəyi istisna edilmir ki, bu da PKK lideri Abdullah Öcalandan tutmuş bir çox qəbuledilməz şərtlərin irəli sürülməsinə səbəb ola bilər. Bu isə Türkiyədə siyasi sabitliyə təhdid sayılır.

Bəzi analitiklər isə seçki öncəsi deyilən çıxışlarla seçkinin nəticələri açıqlanandan sonra veriləcək qərarların üst-üstə düşməyəcəyini iddia edir. Ehtimal edilir ki, MHP HDP-nin ağır şərtlərindən yaxa qurtarması üçün AKP-yə dəstək ver və onunla koalisiyaya gedə bilər.

Əsas məqam odur ki, 45 gün müddətində koalisyon hökumət qurulmazsa, bu, erkən seçkilərə gedilməsinə səbəb olacaq. Erkən seçimlər isə Türkiyədə gərginliyi artıra bilər.

Hazırda partiya qərargahlarının qarşısı seçicilərlə doludur. Minlərlə tərəfdaş həm MHP, həm də CHP qərargahının qarşısına yığılıb. Lakin AKP-nin mərkəzi qərargahının qarşısı boşdur.

Tarix
2015.06.08 / 00:49
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla