Yuxarı

Türk ordusunun Qətərə yeridilməsinin pərdəarxası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ordusunun Qətərə yeridilməsinin pərdəarxası

Türkiyə Silahlı Qüvvələrinin Qətərdə yerləşdirilməsini nəzərdə tutan əməkdaşlıq razılaşması rəsmən elan olundu. Yeni razılaşmaya görə, iki ölkə hərbi təhsil, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qüvvələrin yerləşdirilməsi sahələrində əməkdaşlıq edəcək.

Axar.az xəbər verir ki, qurulacaq baza qardaş ölkənin öz sərhədlərindən kənarda ilk hərbi bazası olacaq. İlk növbədə Ankarada 19 dekabr 2014-cü ildə imzalanan Türkiyə Cümhuriyyəti ilə Qətər arasında əməkdaşlıq müqaviləsilə sözügedən sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün mexanizm qurulacaq.

Razılaşmanın tətbiq olunması məqsədi ilə digər ölkənin dəniz və hava limanları, hava sahəsi, torpaqlarında qüvvələrin yerləşdirilməsi, qurğuların, düşərgə, vahid quruluş və hərbi təsislərindən faydalanmasına icazə veriləcək.

Müqaviləyə görə, iki tərəfin hərbi vahid və təşkilatları arasında əməkdaşlıq və qarşılıqlı mübadilə reallaşacaq. Tərəflər arasında heyət dəyişikliyi reallaşacaq. Ortaq təlim və təlimlərə qatılmaq üçün müşahidəçilər dəvət ediləcək. İkili təlimlərin yaxşılaşdırılması və inkişaf etdirilməsi məqsədilə məlumat mübadiləsi olacaq.

Türkiyə və Qətər müdafiə sənayesi və terrorçuluqla mübarizədə də əməkdaşlıq edəcək.

Razılaşmanın tərəflərin hər hansı birinin digərinə göndərdiyi və öz daxili qanunlarına görə müqavilənin qüvvəyə minməsi üçün zəruri bütün əməliyyatların tamamlandığını bildirən son yazılı bildirişin alındığı tarixdən etibarən razılaşma qüvvəyə minəcək və etibarlı sayılacaq.

Mütəxəssislər Türkiyənin bu addımını Ankaranın uzunmüddətli Yaxın Şərq siyasəti ilə əlaqələndirir. Razılaşma ilə dünyanın ən qaynar nöqtəsi olan bu bölgədə Qətər Türkiyə üçün dayaq nöqtəsi rolunu oynayacaq.

Xatırladaq ki, Qətər 1871-1916-cı illərdə Osmanlı imperiyasının tərkibində olub. Osmanlı dövləti Qətər üzərindəki haqlarından yalnız 29 iyul 1913-cü ildə imtina edib. Son türk əsgəri isə bu ölkədən təxminən 100 il öncə, 1915-ci ilin avqustunda çəkilib.

Tarix
2015.06.09 / 12:16
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla